Azərbaycan və Belarus beynəlxalq istehsal müəssisəsi qura bilər
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 15 oktyabr, AZƏRTAC
Belarus Azərbaycanla birgə istehsal sahəsində investisiya əməkdaşlığını fəal şəkildə inkişaf etdirməyə davam edir.
AZƏRTAC xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Azərbaycan–Belarus biznes forumunun açılışı zamanı bildirib.
Diplomat qeyd edib ki, hazırda ixrac-investisiya layihəsi çərçivəsində həyata keçirilən sahələrdən biri yenilənmə mərhələsindədir.
“Biz beynəlxalq sənaye forumlarının və platformalarının bir hissəsinə çevriləcək birgə müəssisələrin yaradılmasına çalışırıq. Bu, uzunmüddətli əməkdaşlığın və istehsal potensialının möhkəmlənməsinin əsasını qoyur”, - deyə səfir vurğulayıb.
Diplomat əlavə edib ki, yenilənmiş investisiya layihələri dayanıqlı inkişafı və müasir texnologiyaların tətbiqini nəzərdə tutur ki, bu da istehsalın səmərəliliyini artırmağa və xərcləri azaltmağa imkan verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 15 Oktyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















