Azərbaycan və Çin mərkəzi banklarının sədrləri görüşüb
Icma.az, Marja.az portalına istinadən məlumat yayır.
"ABŞ-nin Vaşinqton şəhərində Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşdük".
Marja.az xəbər verir ki, bunu "X" sosial media səhifəsində Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
O qeyd edib ki, görüşdə ikitərəfli əlaqələrinin cari vəziyyətindən məmnunluq ifadə edilib və ötən ay imzalanmış Anlaşma Memorandumunun qurumlar arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcəyi ilə bağlı əminlik vurğulanıb.
Görüşdə həmçinin hər iki ölkənin mərkəzi bankları və maliyyə sektorları arasında tərəfdaşlığın genişləndirilməsi, maliyyə texnologiyaları, innovasiyalar və ödəniş sistemləri sahəsində təcrübə və məlumat mübadilələrinin keçirilməsi, həmçinin birgə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə töhfə verəcək fəaliyyətlərin əhəmiyyətindən danışılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 16 Oktyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















