Icma.az
close
up
RU
Azərbaycan və Çin qadınlarının poeziya gecəsi

Azərbaycan və Çin qadınlarının poeziya gecəsi

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 4 may, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu və “Qadın Kitabsevərlər Klubu”nun birgə təşkilatçılığı ilə “Müasir Azərbaycan və Çin qadın poeziyası” adlı tədbir keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri açan klubun təsisçisi Zinyət Əmirova müasir Çin qadın poeziyasının səciyyəvi xüsusiyyətlərindən bəhs edib. O, bu poeziyada qadınların daxili sarsıntıları, özünüdərk prosesi, meqapolislərdəki gərgin həyat ritmi və klassik formadan modernizmə keçid mövzularının ön planda olduğunu vurğulayıb.

Çin ədəbiyyatının tanınmış nümayəndələrinin yaradıcılığına geniş nəzər salınıb. Çjay Yonminqin sürreal obrazlarla zəngin “Qadın” şeir toplusu, Çjen Syaoqionqun işçi insanların həyat çətinliklərini əks etdirən “İşçinin qeydləri” və “Çəhrayı mülk” kitabları, Van Syaoninin gündəlik həyat detallarına və sosial tənqidə yönəlmiş əsərləri, Lan Lanın təbiət və sevginin fəlsəfi çalarlarını işıqlandıran “Oxu, kədər” və “Muzalar vadisindən qayıdış” topluları, Lyu Syanın “Qərbdə ay” kitabındakı kövrək, lakin əzmkar ruhlu “İpək və dəmir” şeirləri, Şu Tinqin “Dumanlı şeirlər” cərəyanı çərçivəsində qələmə aldığı, səmimi sevgi və anlayış susqunluğunu tərənnüm edən lirik qəhrəmanları geniş müzakirələrə səbəb olub.

Tədbirdə milli poeziyamız Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Könül Əfqanqızının yaradıcılığı ilə təmsil olunub. Müəllifin müxtəlif illərdə çap olunmuş “Könül duyğuları” və “Bu dünyanın qonağıyıq” kitablarından seçilmiş şeirlər səsləndirilib. Vurğulanıb ki, şairənin yaradıcılığının ana xəttini vətənə məhəbbət, vətənpərvərlik, həyatın sınaqları qarşısında Yaradana sığınaraq mənəvi ucalığa canatma və əzmkarlıq motivləri təşkil edir.

ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov çıxışında ədəbi əlaqələrin əhəmiyyətinə toxunub. O, 2023-cü ildə Pekində Leyla Əliyevanın Çin dilində nəşr olunmuş “Ömür bir dəfə yaşanır” kitabının təqdimatını xatırladıb. R.Abbasov qeyd edib ki, müasir Azərbaycan poeziyasının Çin dilinə ilk tərcüməsi olan bu toplu iki ölkə arasındakı uğurlu mədəni əməkdaşlığın parlaq nümunəsidir.

Tədbirin əsas məqsədi rəqəmsal dövrdə mütaliənin əhəmiyyətini aşılamaq, yaradıcılığın qorunub saxlanılmasının vacibliyini vurğulamaq və gənclər arasında kitaba olan marağı artırmaqdan ibarət olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 May 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri