Icma.az
close
up
RU
Azərbaycan və Ermənistan arasında tam barışıq üçün nə lazımdır? EKSPERT AÇIQLADI

Azərbaycan və Ermənistan arasında tam barışıq üçün nə lazımdır? EKSPERT AÇIQLADI

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Ermənistanın Baş naziri Nikol Paşinyanın sözündə belə bir həqiqət var. İki xalq və dövlət arasında ədavət uçurumu o qədər dərindir ki, bu uçurumu doldurmaq üçün ekspertlərin fəaliyyəti kifayət etmir. Buna həm Azərbaycan, həm də Ermənistan cəmiyyətləri bütövlükdə qoşulmalıdır”.

Bunu “Yeni Sabah”a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O bildirib ki, Bakı və İrəvan arasında sülh danışıqları hazırda iki istiqamətdə gedir:

“Birincisi, iki ölkə rəhbərliyinin görüşləri, əldə edilən razılaşmalar və dünya güclərinin məsələyə qoşulmasıdır. İkincisi isə ekspert, QHT rəhbərləri və jurnalistərin qarşılıqlı görüşləridir”.

Siyasi icmalçı vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin formalaşması sülh üçün zəruridir:

“İki ölkə arasında heç bir iqtisadi əlaqə yoxdur. Sülh istiqamətində əsas hərəkətverici faktorlardan biri məhz iqtisadi münasibətlərin qurulmasıdır. Azərbaycanın Ermənistana daşınan yüklərlə bağlı yolu açması olduqca müsbət təşəbbüsdür. Bakı və İrəvanın özü də qarşılıqlı iqtisadi əlaqələr formalaşdıra bilər. Ermənistanın istehsal etdiyi bir sıra məhsullar var ki, onlar Azərbaycan bazarlarında geniş tələb görər. Eləcə də Azərbaycan üçün Ermənistan yaxın və kifayət qədər geniş bazardır. Burada heç bir qəbahət yoxdur. Əməkdaşlıq üçün geniş imkanlar var”.

Z.Əlizadə qeyd edib ki, iki ölkə arasında müxtəlif sahələrdə fikir mübadiləsi olduqca vacibdir:

“Yaxın illərdə Zəngəzur yolunun açılması Azərbaycan və Ermənistanın yaxınlaşması üçün yaxşı imkan yaradacaq. Bu təkcə hökumətdən, ekspertlərdən asılı deyil. Məsələn, Ermənistanın inzibati idarəetmə sistemində bələdiyyə institutu xeyli əhəmiyyətli hesab olunur. Azərbaycan isə yaxın gələcəkdə bu istiqamətdə islahatların həyata keçirilməsini planlaşdırır. Yaxşı olardı ki, Azərbaycan və Ermənistan bu mövzuda qarşılıqlı fikir mübadiləsi aparsın. Niyə də Ermənistanın bələdiyyə modelindən istifadə etməyək? Burada eyib nəsə var?”

 Qeyd edək ki, Noyabrın 21-22-də “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində təşəbbüsün Ermənistandan olan nümayəndələri Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan Azərbaycandan olan həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayev ilə görüşüblər.

Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dinamikası, vətəndaş cəmiyyətinin dialoqun bərpasındakı rolu və yaxın gələcəkdə icra olunacaq birgə layihələr müzakirə olunub, həmçinin sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual mövzulara da toxunulub.

N.Paşinyan bildirib ki, Azərbaycan və Ermənistan arasında dialoqa ehtiyac var:

“Hər iki ölkə ekspertlərinin Bakı və İrəvana qarşılıqlı səfərləri olub.  Amma 37 illik münaqişəni beş ekspertin iki görüşü ilə dəyişdirmək olmaz. Ona görə də dialoq lazımdır”.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 Noyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri