Azərbaycan və Ermənistan arasında yeni dövr başlayıb Qriqoryan
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
“Biz onu artıq təsdiqlənmiş sülh şəraitində yaşayırıq. Bu gün sülh arzu yox, yaşadığımız gerçəklikdir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Sülh təkcə sərhədlərimizdə yox, proqnozlaşdırıla bilən vəziyyət, gərginliyin azalması və Ermənistanla Azərbaycan arasında formalaşmış etimadın möhkəmləndirilməsi tədbirlərində özünü göstərir.
Avqustun 8-də Vaşinqtonda keçirilmiş zirvə görüşü tarixi dönüş nöqtəsi oldu. Bu görüş Ermənistan və Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı anlaşma üçün yeni səhifə açdı. Həmin vaxtdan etibarən Azərbaycan Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırdı. Ermənistan və Azərbaycan ikitərəfli qaydada vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərinə başladı. Bu gün isə vətəndaş cəmiyyətinin üçüncü görüşü Ermənistanda keçirilir ki, bu da dialoq və iştirakçılığın artmasının rəmzidir.
Bu yaxınlarda dörd erməni azadlığa buraxıldı, bu addım da Ermənistanla Azərbaycan arasında etimadı daha da möhkəmləndirdi. Sərhədlərimizdə sabitlik qorunub saxlanılır. Bütün bu addımlar birlikdə göstərir ki, uzun müddət can atdığımız sülh bu gün artıq toxunula bilən reallığa çevrilib”, - o bildirib./Teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 13 Fevral 2026 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















