Azərbaycan və Ermənistan barışsın: Ərdoğan
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qarabağın işğaldan azad olunması ilə əldə olunan tarixi fürsətin Azərbaycan ilə Ermənistan arasında bir barışıq anlaşması ilə möhkəmlənməsini arzu edirik.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə səfirlərinin 15-ci konfransında çıxışı zamanı bildirib.
Ərdoğan həmçinin bildirib ki, Türkiyə münaqişələr və müharibələrlə dolu bir bölgədə yerləşir.
“Əminəm ki, türk diplomatiyası bölgəmizdə sülh və sabitliyin təmin edilməsi üçün səylərini davam etdirəcək”, – deyə o, vurğulayıb.
O cümlədən Ərdoğan Suriyadakı mövcud vəziyyətə də diqqət yetirərək deyib:
“Ümid edirəm ki, Suriyadakı yeni administrasiya öz cəmiyyətinin bütün təbəqələrinin maraqlarını nəzərə alacaq”, – deyə siyasətçi əlavə edib.
Orxan Saffari
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 11 Dekabr 2024 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















