Azərbaycan və Ermənistan bu barədə RAZILIQ ƏLDƏ ETDİ
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan və Ermənistan delimitasiya üzrə işləri şimal sərhədindən cənuba doğru aparmaq barədə razılaşıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası prosesinin Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayaraq şimaldan cənuba doğru aparılması barədə razılıq əldə edib.
Nazir bildirib ki, delimitasiya üzrə dövlət komissiyasında Azərbaycan tərəfindən komissiyaya Baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edir.
“Delimitasiya üzrə dövlət komissiyasında Azərbaycan tərəfindən tərkib dəyişməzdir. Komissiyaya Baş nazirin müavini cənab Şahin Mustafayev rəhbərlik edir. Mütəmadi olaraq komissiyaların görüşləri keçirilir və müzakirələr aparılır. Ermənistanda da müvafiq komissiyaya Baş nazirin müavini rəhbərlik edir”, - deyə C.Bayramov qeyd edib.
Onun sözlərinə görə, ötən dövr ərzində iki ölkənin komissiyaları arasında çoxsaylı görüşlər keçirilib, komissiyaların fəaliyyətini tənzimləyən bir sıra sənədlər həm Azərbaycanda, həm də Ermənistanda qəbul və təsdiq olunub.
“Ümumi sərhədimizin delimitasiyasının hansı istiqamətdən başlayaraq irəliləməsi ilə bağlı razılıq mövcuddur. İşlərin daha çətin olan şimal sərhədindən, Azərbaycan, Ermənistan və Gürcüstanın kəsişmə nöqtəsindən başlayaraq şimaldan cənuba doğru aparılması və irəliləməsi istiqamətində razılıq və qarşılıqlı anlaşma var”, - deyə nazir bildirib.
Ceyhun Bayramov daha spesifik məsələlərin delimitasiya komissiyalarının işinin gedişində müzakirə olunacağını və həllinin gözlənildiyini vurğulayıb.
“Daha spesifik detallara gəldikdə, təbii ki, bütün məsələlər vaxtı və zamanı gəldikcə müzakirə olunacaq və onların da həll olunması gözlənilir. Bu və ya digər yaşayış məntəqələri ilə bağlı məsələlər delimitasiya komissiyasının işi çərçivəsində müzakirə ediləcək”, - nazir bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 09 Sentyabr 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















