“Azərbaycan və Ermənistan bütün məsələləri müstəqil həll etməyə üstünlük verir”
Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.
"Azərbaycan və Ermənistan bütün məsələləri müstəqil həll etməyə üstünlük verərək, ABŞ və Aİ-nin təkliflərinə qulaq asmırlar”.
Missiya.Az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin “Razvedçik” jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ bütün cəbhələrdə təşəbbüsü itirir və postsovet məkanında Vaşinqton üçün uğursuzluqlar başlayıb.
Narışkin bildirib ki, postsovet ərazisi ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarının hücumlarının prioritet hədəfi olaraq qalır, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatlarının təhlili sübut edir.
“Qərb ölkələrimiz arasında təkcə iqtisadi, siyasi deyil, həm də tarixi və humanitar əlaqələri qırmaq kimi iddialı məqsəd qoyulub. Bu yanaşma anqlosaksların məşhur prinsipindən irəli gəlir: “Avrasiyanı idarə edən dünyanı idarə edir. Ukrayna nümunəsi bunun necə baş verdiyini açıq şəkildə göstərir”, - deyə siyasətçi vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 10 Dekabr 2024 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















