Azərbaycan və Ermənistan xalqları ən yaxşı sülhməramlılardır Paşinyan
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, keçmiş prezident Robert Koçaryanın və “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın təmsil olunduğu müxalifət KTMT sülhməramlılarının ölkəyə gətirilməsini istəyir.
Bakıvaxtı.az xəbər verir ki, Paşinyan bu barədə parlamentdə “Ermənistan” və “Güclü Ermənistan” müxalifət fraksiyalarına müraciəti zamanı bildirib.
“Sizin məqsədiniz KTMT sülhməramlılarının Ermənistana daxil olmasına nail olmaqdır. Ermənistanda nə KTMT-nin, nə də hər hansı başqa xarici qüvvənin sülhməramlıları olacaq”, – hökumət başçısı vurğulayıb.
“Onlar olmayacaq, çünki artıq sülh bərqərar olub. Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır”, – Paşinyan əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 25 Avqust 2026 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















