“Azərbaycan və Ermənistanı bu tarixi fürsəti əldən verməməyə çağırırıq”
Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Bu gün Cənubi Qafqazda daimi sülh həmişəkindən daha yaxındır”.
Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"Şübhəsiz ki, bu nöqtəyə gəlmək üçün əsas odur ki, qardaş Azərbaycan Qarabağda öz torpaqlarının işğalına son qoydu. Biz Azərbaycanla ikitərəfli əlaqələrimizi nümunəvi səviyyədə davam etdiririk. Bir çox beynəlxalq məsələlərin həlli yollarını birgə tapmağa çalışırıq. Biz Azərbaycan və Ermənistanı bu tarixi fürsəti əldən verməməyə çağırırıq", - deyə siyasətçi vurğulayıb.
Fidan tərəflərin uzun müddətdən sonra üçüncü bir ölkənin iştirakı olmadan ilk dəfə İstanbulda təkbətək görüş keçirdiklərini xatırladaraq, Cənubi Qafqaz kontekstində Ermənistanla həyata keçirdikləri normallaşma prosesinin də önəmli olduğunu bildirib.
Türkiyənin konstruktiv iradəsinin Azərbaycanla koordinasiyada ikitərəfli münasibətləri mərhələli şəkildə normallaşdırmaq olduğunu qeyd edən Fidan oktyabr ayında İstanbulda keçirilən “3+3” Regional Əməkdaşlıq Platforması toplantısında regiona aid bütün məsələləri konstruktiv anlaşma ilə müzakirə etdiklərini bəyan edib.
Fidan regiona sülh və sabitliyin gəlişi ilə birlikdə təkcə humanitar şəraitin deyil, həm də regionda sülhün bərqərar olmasına tamaşa edəcəklərini əlavə edib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 21 Noyabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















