Icma.az
close
up
RU
Azərbaycan və Ermənistanı sülhə aparan bəndlər paraflanan sazişin tarixi maddələri

Azərbaycan və Ermənistanı sülhə aparan bəndlər paraflanan sazişin tarixi maddələri

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona tarixi səfəri və əldə olunan razılaşmalar yalnız diplomatik uğur deyil, həm də beynəlxalq siyasi balansda mühüm dönüş nöqtəsi oldu.

ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərləri – İlham Əliyev və Nikol Paşinyanın Vaşinqtonda keçirilən görüşləri zamanı əldə edilən nəticələr beynəlxalq aləmdə ciddi uğur kimi qəbul edilir. Vaşinqton görüşünün ən mühüm məsələlərindən biri sözsüz ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanması, Birgə Bəyannamənin imzalanmasıdır. Avqustun 11-də Azərbaycan Xarici İşlər Nazirliyi paraflanmış Sazişin mətnini yayıb.

Bu sənəd Azərbaycanın diplomatik qələbəsinin sənədlə rəsmiləşdirilməsi qiymətləndirmək olar.

Azərbaycan və Ermənistan arasında imzalanan sülh sazişi bölgədə tarixi dönüş nöqtəsi oldu və bu sənəd, Ermənistanın Azərbaycana qarşı bütün iddialarından imtinasını rəsmən təsdiqlədi.

Tarixi bəndlərdə nələr, hansı məqamlar əks olunub?

Bunların arasında Ermənistanın geri çəkildiyi iddialar və əvəzində üzərinə götürdüyü öhdəliklər aşağıdakılardır.

Əvvəla, sərhədlərin və ərazi bütövlüyünün tanınmasıdır. Sənəddə göstərilib ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini, suverenliyini və siyasi müstəqilliyini qəbul edir. Qarabağ və digər ərazilərlə bağlı iddialar birdəfəlik bağlanır. Bu həm də 40 ilə yaxın davam etmiş münaqişənin tarixin arxivinə atılması deməkdir.

Bundan əlavə, Ermənistan gələcəkdə Azərbaycana qarşı hər hansı ərazi iddiası irəli sürməyəcəyini, belə məsələləri qaldırmayacağını yazılı şəkildə təsdiqləyir. Bu da o deməkdir ki, artıq rəsmi İrəvan irəli sürdüyü ərazi iddialarından artıq sənədlə imtina edir. Belə ki, I maddəyə görə, tərəflər, keçmiş SSRİ-nin Sovet Sosialist Respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edərək, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər.

İkinci maddəyə görə, tərəflər, I maddəyə tam riayət etməklə, bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər. Tərəflər digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini tamamilə və ya qismən parçalamağa yönəlmiş hər hansı bir hərəkətə, o cümlədən belə hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə və dəstəklənməsinə yol verməyəcəklər.

Ən mühüm məsələlərdən biri də odur ki, tərəflər güc tətbiqindən imtina və daxili işlərə qarışmamaq öhdəliyini öz üzərilərinə götütürlər. Eyni zamanda bir-birilərinə qarşı hərbi güc işlətməyəcək, daxili işlərinə qarışmırlar.

Azərbaycanın 40 ilə yaxın əziyyət çəkdiyi separatizm məsələsi də sənəddə öz əksini tapıb. İrəvan imza atdığı sənədlə separatçı hərəkatları və terrorizmi dəstəkləməyəcəyini, əksinə, onlara qarşı mübarizədə iştirak edəcəyini bildirib.

Sərhədlərin müəyyənləşdirilməsi də bəndlərdə öz əksini tapıb. Belə ki, Ermənistan Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə razılıq verir. Bu müddətdə sərhəd bölgələrində təhlükəsizlik tədbirləri gücləndiriləcək və üçüncü ölkələrin hərbi qüvvələri yerləşdirilməyəcək. "13-cü maddəyə əsasən, Komissiya tərəflər arasında razılaşdırılacaq modallıqlar əsasında fəaliyyət göstərəcək", - deyə sənəddə bildirilir.

Sazişin 14-cü maddəsinə əsasən, Tərəflər, onların beynəlxalq hüquq və qarşılıqlı münasibətlərində onlar üçün məcburi xarakter daşıyan müqavilələr üzrə hüquq və öhdəliklərinə xələl gətirmədən, bu Sazişin təfsiri və tətbiqi ilə bağlı hər hansı mübahisəni, XIII Maddədə istinad olunan Komissiya da daxil olmaqla, birbaşa məsləhətləşmələr yolu ilə həll etmək istiqamətində çalışacaqlar. Bu məsləhətləşmələr 6 ay ərzində Tərəflərin hər ikisi üçün məqbul nəticə vermədiyi təqdirdə, Tərəflər mübahisələrin dinc yolla həllinin digər vasitələrinə müraciət edəcəklər.

Mühüm məqamlardan biri də odur ki, itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələ də bəndlərə salınıb. Qeyd olunub ki, tərəflər müharibə zamanı itkin düşmüş şəxslərlə bağlı bütün məlumatları təqdim etməyə və əməkdaşlığa razıdır. Məlumdur ki, Azərbaycanda hər iki müharibədən sonra girov saxlanılan erməniəsilli şəxs olmadığından Ermənistanın da müvafiq olaraq Azərbaycana qarşı belə bir iddiası yoxdur.

Amma əvəzində o da məlumdur ki, Birinci Qarabağ müharibəsindən sonra hələ də 4000-ə yaxın Azərbaycanın mülki şəxsi və hərbçisi itkin düşmüş sayılır və talelərinə aydınlıq gətirilməyib. Bunların sırasında Xocalı qətliamı, digər ərazilərin işğalı zamanı əsir və girov götürülmüş insanlar var. Onların ailələri hələ də yaxınlarının ölü və ya diri olduqlarından məlumatsızdırlar.

Beləliklə sazişə əsasən, bu insanların taleyinə aydınlıq gətirmək üçün Ermənistan Azərbaycanla əməkdaşlıq edəcək və itkin düşmüş insanlar haqda sənədləri təqdim edəcək.

Eyni zamanda ölkələr arasında əməkdaşlığa yol açacaq sənədlə diplomatik münasibətlərin qurulması nəzərdə tutulub. Sazişlə iki ölkə arasında diplomatik əlaqələrin qurulması, səfirliklərin açılması və birbaşa rəsmi kanalların işləməsi təsbit edilir.

Erməni separatçıların uzun illər istifadə etdiyi təbliğat və düşmənçilik siyasətinə də son qoyulur. Bənddə xüsusi vurğulanır ki, Ermənistan bundan sonra Azərbaycana qarşı beynəlxalq platformalarda qarayaxma kampaniyaları aparmayacaq, düşmənçilik xarakterli informasiya hücumlarına son verəcək. Mətndə o da bildirilib ki, tərəflər özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər.

Bu isə birbaşa erməni lobbisinə ciddi zərbə vuracaq. Məhz lobbi uzun illər bu qarayaxma kampaniyasının önündə gedib, Azərbaycana qarşı çirkin kampaniya aparıb. Erməni lobbisi üçün bu məsələ həm də bir gəlir yeri olub.

Göründüyü kimi, bu saziş, Ermənistanın 40 ilə yaxın davam edən işğalçı siyasətinin hüquqi və siyasi cəhətdən darmadağın olmasının sənədidir. Yayılan sənəd Azərbaycanın hərbi qələbəsini diplomatik masada rəsmiləşdirir, ən əsası bölgədə uzunmüddətli sabitlik və təhlükəsizlik üçün strateji zəmin yaradır. Və bu sənəd bir daha sübut edir ki, Azərbaycan gücünü həm döyüş meydanında, həm də diplomatik masada göstərən dövlətdir.

Report İnformasiya Agentliyi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://baku.ws
archiveBu xəbər 11 Avqust 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see334

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see243

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see236

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see167

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see151

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see149

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see137

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see135

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see135

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri