Azərbaycan və Gürcüstan idman sahəsində birgə layihələr həyata keçirəcək
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tbilisi, 3 iyun, AZƏRTAC
Gürcüstanda səfərdə olan Azərbaycan parlament nümayəndə heyəti ilə çox məhsuldar görüşümüz oldu. Bir neçə məsələ ilə bağlı geniş fikir mübadiləsi apardıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin idman komitəsinin sədri Viktor Sanikidze söyləyib.
Komitə sədri Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycan dövlətinə təşəkkürümü bildirib.O, Azərbaycan parlament nümayəndə heyəti ilə görüşün çox məhsuldar və konstruktiv olduğunu qeyd edib:”Bir daha bir-birimizə dəstək olmaq və qarşılıqlı əməkdaşlığı gücləndirmək niyyətimizi təsdiqlədik. İdman sahəsində də əməkdaşlığımızı genişləndirərək, idmanın inkişafı və idmançılarımızın iştirakı ilə birgə layihələr həyata keçirmək barədə razılığa gəldik. "Hazırda bu layihələrin icrası üçün müvafiq işlər davam etdirilir və yaxın gələcəkdə uğurlu nəticələr əldə etməyi planlaşdırırıq”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 03 İyun 2025 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















