Azərbaycan və İran Astara terminalının tikintisinə dair müqavilə imzalayıb
Icma.az bildirir, Report.az saytına əsaslanaraq.
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və İran Dəmir Yolları arasında “Astara terminalının tikintisi və istismar müqaviləsinin icrasına dair Strateji Əməkdaşlıq Planı” imzalanıb.
"Report" səhmdar cəmiyyətə istinadən xəbər verir ki, müqavilə ADY sədri Rövşən Rüstəmovun Tehranda keçirilmiş Azərbaycan–İran Hökumətlərarası Birgə Komissiyasının növbəti iclasında İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüşdə imzalanıb.
Dəmiryol rəhbərləri İranın Astara şəhərində yerləşən yük terminalının fəaliyyətinin genişləndirilməsi və terminalda aparılan işləri müzakirə ediblər.
Sənəd Azərbaycan və İran arasında 16-cı Hökumətlərarası Birgə Komissiyanın Protokolunun dəmiryol bölməsinə əsaslanaraq Astara terminalının Baş Planının təsdiqlənməsi, terminalda tikinti işlərinin bu ilin sonunadək tamamlanması, yekun investisiyaların tanınması və digər məsələləri əhatə edir.
Həm Azərbaycan, həm də İran ərazisindəki Astara terminalları Şimal-Cənub dəhlizi üzrə artan yükaşırma həcmlərinin daha sürətli və effektiv həyata keçirilməsinə, dəhlizin strateji potensialının reallaşdırılmasına, eləcə də Azərbaycanın və İranın nəqliyyat infrastrukturunun gücləndirilməsinə və regional ticarətin inkişafına imkan verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 23 Yanvar 2025 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















