Azərbaycan və İran hərbçiləri Xəzərdə birgə təlim keçiriblər Fotolar
Icma.az, Yeniavaz-ə istinadən bildirir Azərbaycan və İran hərbçiləri Xəzərdə birgə təlim keçiriblər Fotolar.
Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində Azərbaycan və İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə “AZIREX-2024” birgə taktiki təlimi keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə "Dənizdə axtarış-xilasetmə" təliminin məqsədi və icra olunacaq tapşırıqlarla bağlı brifinq təqdim edilib, qarşılıqlı müzakirələr aparılıb.
“Azərbaycan-İran hərbi əməkdaşlığını möhkəmləndirmək məqsədilə keçirilən təlimdə gəmi qəzaları zamanı xilasetmə və tibbi yardım tədbirlərinin həyata keçirilməsi, axtarış-xilasetmə əməliyyatları və gəmi təhlükəsizliyinin təmin olunması üzrə fəaliyyətlər icra edilib.
Təlimin müxtəlif mərhələləri üzrə qarşıya qoyulan tapşırıqlar hərbi dənizçilər tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilməklə yerinə yetirilib”.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/11/4/1/fdb0ff0d-13bf-4cf9-9d05-a762733f8a44/xezer-telim-1.jpg)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/11/4/1/61fcfc23-ba45-4fcc-b5ba-b8bb38d9b76c/xezer-telim-6.jpg)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/11/4/1/537037c1-ef5c-4a52-be13-609e86db2a32/xezer-telim-2.jpg)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/11/4/1/9606f567-02d7-4d15-b82f-1cd7aa2b8ca9/xezer-telim-3.jpg)
![see](https://icma.az/template/assets/label.png)
Xəzərdə Azərbaycan və İran hərbi gəmiləri birgə təlimdə FOTOLAR
04 Noyabr 2024 18:21
Xəzərdə İran HDQ ilə birgə təlim keçirildi Fotolar
04 Noyabr 2024 17:25
Xəzərdə Azərbaycan və İran hərbi gəmiləri birgə təlim keçirib
04 Noyabr 2024 17:36
Xəzərdə Azərbaycan və İran hərbi gəmiləri birgə təlim keçirib FOTOLAR AzPolitika onlayn siyasiictimai qəzet
04 Noyabr 2024 17:42
Azərbaycan və İran hərbi gəmiləri Xəzərdə birgə təlim keçirdi FOTO
04 Noyabr 2024 17:50
![see](https://icma.az/template/assets/see.png)