Azərbaycan və İran sərhədyanı mobil rabitənin tənzimlənməsini müzakirə edib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranın Tehran şəhərində Azərbaycan və İran arasında mobil rabitə şəbəkələrinin koordinasiyası üzrə görüş keçirilib.
Bu barədə "APA-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.
Məlumata görə, görüşdə Azərbaycan tərəfindən Nazirliyin, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin, Dövlət Radiotezliklər İdarəsinin və mobil rabitə operatorlarının mütəxəssisləri iştirak ediblər.
Görüşdə Azərbaycan və İranın sərhədyanı ərazilərində mövcud və perspektivdə olan mobil rabitə şəbəkələrinin tənzimlənməsi məsələləri geniş müzakirə edilib, zəruri texniki razılaşmalar əldə olunub.
Həmçinin TV və FM radio yayımları, 700/800 MHs zolaqların boşaldılması üzrə 10-12 iyun 2025-ci il tarixində Bakı şəhərində əldə olunan razılaşmalar çərçivəsində görülən işlər müzakirə edilib.
Qeyd olunan məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 21 Oktyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















