Icma.az
close
up
RU
Azərbaycan və İran yeni iqtisadi prioritetləri müəyyənləşdirib

Azərbaycan və İran yeni iqtisadi prioritetləri müəyyənləşdirib

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət Komissiyasının 17-ci iclasında əməkdaşlığın artırılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb

Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclası keçirilib. Baş nazirin müavini, komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev bildirib ki, Azərbaycan və İran arasında münasibətlərin ortaq tarixi, mədəni və dini dəyərlər, dostluq və qonşuluq prinsipləri əsasında qurulduğu, ikitərəfli əlaqələrin dinamikasının həcmi iki ölkə rəhbərlərinin siyasi iradəsinə əsaslanır və bütün sahələri əhatə edir.

Ş. Mustafayev  qeyd edib ki, Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi artıq başa çatıb və sərhəd-gömrük infrastrukturunun inşası tamamlandıqdan sonra körpünün istismara verilməsi nəzərdə tutulur. Sözügedən layihə Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvanla ən qısa və səmərəli marşrutla birləşdirəcək, eyni zamanda, Fars körfəzi ilə Qara dənizi əlaqələndirən əlverişli avtomobil marşrutunun mühüm tərkib hissəsini təşkil edəcək.

“Şimal-Cənub”, “Trans-Xəzər” quruculuğu

Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, regionun logistik imkanlarının və tranzit potensialının genişlənməsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizinin əsas elementi hesab edilən Rəşt-Astara dəmir yolu xəttinin tikintisi geniş müzakirə olunub. Azərbaycan bu nəhəng tranzit arteriyasının qurulması üçün öz ərazisində bütün lazımi infrastruktur layihələrini həyata keçirib və hazırda artan yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarını və infrastrukturlarını daha da genişləndirir. Şimal-Cənub nəqliyyat dəhlizinin daşıyıcılıq gücününü artırılması yönündə İran və Rusiyanın nəqliyyat xətlərinin əlaqələndirməsini təmin etmək məqdsədilə birgə modernləşmə işləri aparılır. Plana əsasən, “Ulyanovsk-  Bakı - Astara” marşrutu “Orta Volqa - Xəzər dənizi - Fars körfəzi” logistika zəncirinə qoşulacaq, eyni zamanda, Azərbaycan və İranın dəmir yolları birləşdiriləcək. Həmçinin Şimal-Cənub marşrutunun “Trans-Xəzər” bölməsinin də bu inteqrasiya blokuna cəlb edilməsi istiqamətində də fəal iş aparılmaqdadır.

Tərəflər, həmçinin Orta-Mərkəzi Asiya-Xəzər tranziti üzrə dəhlizin daşınma rejiminin asanlaşdırılması üçün tariflərinə yenidən baxılmasını, güzəştli ticarət rejiminin yaradılmasını vacib sayır. Eyni zamanda, sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin sərhəddən keçməsi prosesi, gömrük yoxlaması və sənədlərin rəsmiləşdirilməsi qaydasının asanlaşdırılması, daha açıq və hesabatlı tranzit formatının təşkili məqsədilə rəqəmsal platformanın qurulması təklif olunub. Ümumilikdə, məqsəd bu nəqliyyat dəhlizinin gücünün daha da artırılması üçün Xəzər klasteri zonasında bütün tərəflərin dəniz-liman infrastrukturu və konteyner qovşaqlarının, dəmir yolu şəbəkələrinin əlaqələndirilməsi, vahid yükdaşıma sisteminin yaradılmasıdır.

Bu tədbirlərin başa çatdırılması Şimal-Cənub istiqamətində daşımaların həcmini əhəmiyyətli dərəcədə artıracaq və çatdırılma müddətini qısaldacaq.

Ticarət dövriyyəsinin artırılması üçün addımlar atılacaq

İran və Azərbaycan ikitərəfli iqtisadi təmasların keyfiyyətini artırmaqla bərabər, üçtərəfli əməkdaşlıq layihələrinin genişlənməsində səyləri genişləndirməklə bölgənin ümumi rifahına töhfə vermək niyyətindədir. İran İslam Respublikasının yol və şəhərsalma naziri, komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadiq isə vurğulayıb ki, Azərbaycan ilə İran arasında ticarət-iqtisadi, nəqliyyat, energetika, su, humanitar və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti qaneedicidir, inkişaf perspektivləri üçün imkanlar böyükdür. Bunun üçün komissiyanın həmsədrləri iqtisadi strukturlar və biznes dairələri arasında müntəzəm görüşürlərin təşkilini də vacib hesab etdiklərini bildirblər. İki ölkə arasındakı ticarət dövriyyəsi 1 milyard dollardan az olmaqla tərəfləri qane etmir. Növbəti illərdə ticarət dövriyyəsinin artırılması üçün konkret addımlar atılacaq və mövcud statistik rəqəmlərin dəfələrlə artmasını gözləmək mümkündür. Eləcə də qarşılıqlı sərmayə qoyuluşu, müştərək müəssisələrin yaradılması və digər buna oxşar təşəbbüslərdə maraqlar üst-üstə düşür və bu istiqamətdə təsirli addımların atılacağı istisna deyil. Bəyan edildiyi kimi, hazırda çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var və bu möhkəm sütunlar üzərində iqtisadi- ticarət əlaqələrini inkişaf etdirmək üçün iradə də mövcuddur.

Hər iki tərəf yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkanları birləşdirmək üçün daha çox işləmək niyyətindədir. Bu istiqamətdə müxtəlif stimulların, təşviqedici alətlərin tətbiqi də istisna olunmur. Vergi sistemi, tariflər, sərmayə iqlimi, biznes sahəsindəki qanunvericilik məsələlərində birgə güzəştlərin edilməsi planlaşdırılır.

Komissiyasının iclasında birgə həyata keçirilən mühüm layihələrin rifah və əməkdaşlığa töhfə verəcəyi, regionun logistik imkanlarının və tranzit potensialının genişlənməsinə, eləcə də enerji dayanıqlılığının təmin edilməsində yeni imkanlar yaradacağı vurğulanıb. Yekunda həmsədrlər tərəfindən komissiyanın iclasının nəticələrinə dair Anlaşma Memorandumu imzalanıb.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Fevral 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri