Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Azərbaycan və islamofobiya ilə mübarizə gündəliyi

Azərbaycan və islamofobiya ilə mübarizə gündəliyi

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyevin üzərində dayandığı 6 məqam

“Müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi heç bir halda ifadə azadlığı ilə əsaslandırıla bilməz və tamamilə qəbuledilməzdir. İslamofobiya yalnız müsəlmanlara qarşı dözümsüzlük halı deyil, qarşılıqlı anlaşmaya və dinc birgəyaşayışa təhdid yaradan təhlükəli tendensiyadır”. Bu fikirlər Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciətindəndir.

Tam əminliklə demək olar ki, dövlətimizin başçısının sözügedən müraciətin ruhu özündə dünyanın İslam dininə qarşı mənfi köklənişinə düzgün adekvat reaksiya məntiqini daşıyır. Müraciətdə, həmçinin ölkəmiz bu reaksiyanı müqavimət kimi formalaşdıran məmləkət qismində vurğulanır. İlham Əliyev islamofobiya ilə mübarizəyə diqqətin daha da artırılması məqsədilə Azərbaycanda mövzuya həsr olunmuş beynəlxalq konfransların təşkil edildiyini məhz buna görə xatırladır: “İslamofobiyanın narahatedici şəkildə getdikcə yayıldığı bir dövrdə Azərbaycanın bu konfranslara ev sahibliyi etməsi dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi və dinimizlə bağlı stereotiplərin aradan qaldırılması baxımından böyük əhəmiyyət kəsb edir”.

* * *

Bəli, Azərbaycanda indiyədək islamofobiya ilə mübarizəyə həsr olunmuş çoxsaylı toplantılar təşkil olunub. Bu baxımdan ötən il mayın 26-27-də Bakıda keçiriən “İslamofobiya: Qərəzlərin ifşası və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfransı da vurğulamağa dəyər. Qeyd edək ki, dövlətimizin başçısı 40-a yaxın ölkədən, təxminən, 200 iştirakçının – alimlərin, beynəlxalq ekspertlərin, din xadimlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qatıldıqları həmin tədbirin iştirakçılarına da müraciət ünvanlamışdı. O müraciət ki, sonradan BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayıldı. Bu isə Prezident İlham Əliyevin islamofobiyaya qarşı mübarizə ilə bağlı beynəlxalq çağırışlarının, tolerantlıq və multikulturalizm dəyərlərinə verdiyi əhəmiyyətin dünya miqyasında yüksək qiymətləndirildiyini bir daha göstərdi.

İslamofobiya qlobal təhlükəlidir. Elə bir təhlükə ki, obyektivliyi görməyə imkan tanımır, obrazlı desək, həqiqətlər pəncərəsini bağlamaqla, onları darısqal otaqlarda nəfəs almağa məcbur edir. Prezident İlham Əliyev diqqəti məhz belə xoşagəlməz tendensiyaya yönəldir. Bu mənada, dövlətimizin başçısının ifadə etdiyi fikirlər özündə, bir növ, ədalətsizliyə qarşı təbil zəngi effekti yaradır: “Məyusedici haldır ki, Qərbdə bəzi siyasi dairələr, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq təsisatlar anti-İslam əhvali-ruhiyyəsini təlqin edərək, İslamı ekstremizm və terrorizm ilə eyniləşdirməyə, dinimizə qarşı qərəzli təsəvvür yaratmağa və onu təhlükə mənbəyi kimi qələmə verməyə cəhdlər göstərirlər”.

* * *

Tam qətiyyətlə deyə bilərik ki, islamofobiya klassik imperializmə söykənmiş siyasi düşüncə məhsuludur. Bu düşüncə tarixi hadisələr fonunda meydana çıxıb. Məsələn, Ərəb xilafətinin, Osmanlının yüksəlişi Qərb imperializminin buna qarşı dirəniş formalaşdırması reallığını doğurdu, nəticədə dinlərarası nifaq ritorikası gücləndirildi. Nəinki gücləndirildi, habelə fəlsəfi traktat məzmunu qazandı.

XX əsrin hadisə və prosesləri, o cümlədən imperiyaların süqutu və yeni dünya düzəninin formalaşması nəticəsində düşünmək olardı ki, bir çox köhnə stereotiplərlə yanaşı, İslam dinindən qorxu da kənara atılacaq. Əslində, müasir dövrün “Avropa evi” ideyası, həmçinin, bu ideyanı meydana çıxaran Avropa İttifaqının açıqladığı prinsiplər belə qənaətə gəlməyə əsas verirdi. Lakin zamanla həmin bəşəri prinsiplərin yalnız imitasiya mahiyyəti üzə çıxdı. Digər tərəfdən, məlum oldu ki, Aİ ilə yanaşı, bir sıra dünya təsisatlarının söykəndiyi sistemin kökündə saxtakarlıq dayanır. Məsələn, Avropa düşüncə mərkəzləri müsəlman axınının “köhnə qitə”nin iqtisadi düzənini pozduğunu gördülər. İdeyalarının çürüklüyünü etiraf edə bilmədilər və belə bir şəraitdə onların dadına uydurduqları islamofobiya “yetişdi”. Müvafiq olaraq, orta əsrlərin müsəlman dövlətlərindən qorxu tendensiyası ideoloji məzmun qazanmağa başladı.

İmperializm İslamı özünün qlobal məqsədlərinə nail olmaq vasitəsinə çevirməyə cəhd göstərdi, əksər hallarda buna nail oldu. Çünki çox vaxt müsəlmanlar özləri də prosesdə alət rolunda oldular. Bu durum vəziyyəti ağırlaşdırdı, nəticə isə insalığın uçurumundan xəbər verir. Məhz buna görə Prezident İlham Əliyev Qərb siyasi dairələrinin, eləcə də Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi qurumların İslamı ekstremizm və terrorizmlə eyniləşdirməyə yönəlmiş qərəzli yanaşmalarını tənqid edir. Çünki bəşəri idealları əsas tutduqlarını bildirən, reallıqda isə neoimperializmin ideoloji rıçaqına çevrilmiş həmin qurumların yolverilməz yanaşmaları, bütövlükdə, dünyada gərginliyi artırır, qlobal təhlükəsizliyə zərbə vurur.

* * *

Bəli, Prezident İlham Əliyev müxtəlif çıxışlarında islamofobiyanın getdikcə artan təzahürlərinə diqqət çəkərək vurğulayır ki, bu mənfi tendensiya beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid yaradır. Dövlətimizin başçısının şəxsində Azərbaycan dövlətinin mövqeyi budur ki, dini dözümsüzlük, ayrı-seçkilik və nifrət çağırışları ilə mübarizə yalnız birgə beynəlxalq səylər nəticəsində mümkünləşə bilər.

Ancaq ölkəmiz qlobal bəla ilə mübarizədə, ilk növbədə, müsəlman dövlətlərinin həmrəyliyi prinsipini önə çəkir. Buna görə də İlham Əliyev onları qlobal bəlaya qarşı mübarizədə vahid cəbhə yaratmağa çağırır. Bu çağırış dövlətimizin başçısının barəsində söz açdığımız “İslamofobiya: Qərəzlərin ifşası və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfransın iştirakçılarına müraciətində də əksini tapmışdı: “Hazırkı qlobal çağırışlar və böhranlar, İslam dünyasının üzləşdiyi yeni sınaqlar və çətinliklər, habelə islamofobiya meyillərinin artması, dinimizi gözdən salmaq cəhdləri müsəlman ölkələri arasında həmrəyliyin və birliyin möhkəmləndirilməsini, qarşılıqlı dəstəyin göstərilməsini labüd edir”.

* * *

Sonda ümumiləşdirmə apararaq deyək ki, Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin islamofobiya xüsusundakı neqativ meyillərlə və onların aradan qaldırılması ilə bağlı mövqeyi bir neçə vacib nüansı özündə birləşdirməkdədir.

Birincisi, islamofobiyanın beynəlxalq təhlükəsizliyə təhdid mahiyyətinin açıqlanması üzərində dayanmalıyıq. Dövlətimizin başçısı əbəs yerə vurğulamır ki, müsəlmanlara qarşı nifrət, İslam dininə qarşı düşmənçilik və dözümsüzlük son illərdə daha sistemli xarakter almağa başlayıb. İkinci meyil İslamın terrorizmlə eyniləşdirilməsidir ki, Prezident İlham Əliyev belə bir tendensiyanın yolverilməzliyini diqqətə çatdırarkən, dinimizin sülhün, tolerantlığın, ədalət və qarşılıqlı hörmətin rəhni olduğunu bəyan edir, islamofobiyaya qarşı mübarizə ilə yanaşı, ali dəyərlərin təbliğinin vacibliyini bildirir. Azərbaycan liderinin üzərində dayandığı üçüncü məqam bəzi ölkələrdə müsəlmanların hüquqlarının məhdudlaşdırılmasıdır. Bu kimi hallar islamofobiyanın artıq dövlət siyasəti səviyyəsinə yüksəldiyindən xəbər verir. Növbəti – dördüncü məqam kimi ölkəmizin liderinin söz azadlığı adı altında İslama qarşı təhqirlərin qəbuledilməzliyi ritorikasına əsaslanır. Prezident Əliyevin vurğuladığı budur: Dini nifrəti təşviq edən əməllər, heç bir halda, ifadə azadlığı kimi təqdim oluna bilməz. Beşinci məqam Azərbaycanın özünün də islamafobiyadan zərər görən ölkə olması ilə bağlıdır. Məlumdur ki, bəzi Qərb dairələri keçmiş Qarabağ münaqişəsinə münasibətdə dini qərəz nümayiş etdirib, ölkəmizin işğal altında qalmış ərazilərində məscidlərin və digər İslam irsi nümunələrinin dağıdılmasına göz yumublar. Yeri gəlmişkən, bu fikir həm Prezident İlham Əliyev, həm də dövlətimizin rəsmiləri tərəfindən müxtəlif beynəlxalq platformalarda dəfələrlə vurğulanıb. Onu da demək lazımdır ki, Ermənistanın bu vəhşiliyinə hələ də lazımi hüquqi qiymət verilməyib.

Altıncı məqam kimi islamofobiya ilə mübarizədə bir daha İslam həmrəyliyi amili üzərinə qayıtmaq istərdik. İslamofobiya özündə dini dözümsüzlüyü, ayrı-seçkiliyi və nifrət ideologiyasını daşıyan təmayülə malikdirsə, təkcə Azərbaycan deyil, bütövlükdə, müsəlman dünyası İslamın belə mənfi təqdimatlarına münasibətdə sipər yaratmalıdır. Sipər isə yalnız sözlə olmur. Mövcud istiqamətdə beynəlxalq təşkilatlarla, ayrı-ayrı dövlətlərlə iş aparılmalı, müsəlman dövlətlərinin vətəndaş cəmiyyəti strukturları prosesdə ciddi fəallıq nümayiş etdirməlidirlər.

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 İyun 2026 02:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see465

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see450

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see430

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see301

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see300

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see291

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see275

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see257

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see251

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see242

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see234

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see227

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see215

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see208

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see206

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see203

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see201

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see195

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see177

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri