Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işi Münhendə təqdim olunub
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyanın Münhen şəhərində azərbaycanlı rejissor Rüfət Əsədovun “Mənim dostum Meir” sənədli filminin təqdimatı keçirilib.
“Report”un məlumatına görə, tədbirdə Münhendə yaşayan Azərbaycan və yəhudi diasporlarının fəalları, mədəniyyət xadimləri iştirak ediblər.
Təqdimatda çıxış edən filmin rejissoru Azərbaycanda dövlət səviyyəsində uğurla həyata keçirilən etnik birgəyaşayışın əhəmiyyətindən danışıb.
R.Əsədov filmdə Azərbaycanda yaşayan dağ yəhudilərinin doğulub boya-başa çatdıqları ölkəyə sonsuz məhəbbətlərinin, Ana Vətənə bağlılıqlarının tərənnüm olunduğunu vurğulayıb.
O həmçinin ekran əsərinin dağ yəhudilərinin Azərbaycanda qorunub saxlanılan adət-ənənələrindən və milli-mənəvi dəyərlərindən bəhs etdiyini bildirib.
Qeyd olunub ki, film Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 06 Dekabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















