Azərbaycan və İsveç Xəzərdə külək enerji layihələrində əməkdaşlığı müzakirə edib
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan ilə İsveç Xəzər dənizində külək enerji layihələrində əməkdaşlıq məsələlərini müzakirə edib. SİA xəbər verir ki, müzakirə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev ilə İsveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzson ilə görüşündə aparılıb.
Bildirilib ki, görüşdə İsveçin "Emtunga" şirkətinin nümayəndələri də iştirak edib:
Məlumata görə, görüşdə Xəzər dənizi və quruda külək enerjisi potensialı və həyata keçirilən layihələr, o cümlədən “Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi” və “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihələri barədə məlumat verilib.
Hər iki ölkədə enerji sektorunda inkişaf prosesləri və "yaşıl enerji" keçidi təcrübəsi bölüşülüb".
Həmçinin Azərbaycanda keçirilmiş COP29-un enerji təşəbbüslərinə beynəlxalq dəstəyin enerji təhlükəsizliyi və “yaşıl enerji” keçidi ilə bağlı hədəflərə töhfə verəcəyi qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 11 Dekabr 2024 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















