Azərbaycan və Monqolustan nəqliyyat sahəsində sazişlər imzalaya bilər
Icma.az, Report.az portalına istinadən məlumat verir.
Monqolustan Azərbaycanla beynəlxalq avtomobil və hava nəqliyyatı ilə daşımalar haqqında sazişlər imzalamağı planlaşdırır.
Bu barədə “Report” Monqolustanın Avtomobil Nəqliyyatı Nazirliyinə istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, sazişlər bu il həyata keçiriləcək yüksək səviyyəli səfər çərçivəsində imzalana bilər.
Bu cür sənədlərin imzalanması məsələsi Monqolustanın nəqliyyat və avtomobil yolları naziri Borxuugiyn Delgersayxanın Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə olunub.
Müzakirələr zamanı tərəflər Monqolustan və Azərbaycan arasında avtomobil daşımaları sahəsində əməkdaşlıq imkanlarını və əsas məqamları vurğulayıb, bu istiqamətdə dialoqu davam etdirməklə bağlı razılığa gəliblər.
"Nəqliyyat naziri B.Delgersayxan Monqolustan hökumətinin növbəti dörd il ərzində həyata keçirməyi planlaşdırdığı 14 meqalayihə barədə məlumat verib. O, iki ölkənin nəqliyyat və logistika sahəsində səmərəli əməkdaşlığının inkişafında maraqlı olduğunu bildirib", - məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 05 Fevral 2025 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















