Icma.az
close
up
RU
Azərbaycan və Özbəkistanı bu dəyərlər birləşdirir Qafarov

Azərbaycan və Özbəkistanı bu dəyərlər birləşdirir Qafarov

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü mənzərəsi tarixi və mənəvi yaxınlığın müasir siyasi reallığa çevrilməsini əks etdirir.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata verdiyi açıqlamasında deyib.

O, qeyd edib ki, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər bu münasibətlərin möhkəm təməlini və gələcək imkanlarını aydın şəkildə ortaya qoyur.

“Azərbaycan və Özbəkistanı ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlər birləşdirir. Son illərdə həyata keçirilən ardıcıl siyasət nəticəsində qardaşlıq münasibətləri dövlətlərarası müttəfiqliyin konkret mexanizmləri ilə tamamlanıb. 2024-cü ildə Azərbaycan Prezidentinin Özbəkistana, 2025-ci ildə isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərləri zamanı imzalanmış sənədlər, xüsusilə Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə və Müttəfiqlik münasibətləri haqqında Müqavilə əlaqələrin hüquqi-siyasi bazasını möhkəmləndirib. Ali Dövlətlərarası Şuranın fəaliyyəti də bu prosesin institusional dayağına çevrilib”.

Millət vəkili bildirib ki, ölkələrimiz arasında əlaqələr ayrı-ayrı təşəbbüslərdən ibarət deyil və uzunmüddətli strateji baxış əsasında inkişaf edən sistemli tərəfdaşlıq münasibətlərinə əsaslanır:

“2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin üç dəfədən çox artması münasibətlərin real iqtisadi məzmununu nümayiş etdirir. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti, birgə sənaye layihələri, avtomobil istehsalı, energetika və nəqliyyat sahəsində əməkdaşlıq qarşılıqlı iqtisadi imkanların səfərbər edilməsinə xidmət edir. Münasibətlərin dərinliyi iqtisadi göstəricilərlə məhdudlaşmır. Füzulidə “Dostluq bağı”nın salınması, Mirzə Uluqbəy adına məktəbin fəaliyyətə başlaması, Bakıda “Özbəkistan” parkının yaradılması kimi təşəbbüslər əlaqələrin insan amili üzərində də möhkəmləndiyini göstərir. Mədəniyyət, təhsil, media və QHT sahələrində əməkdaşlıq da xalqlar arasında qarşılıqlı anlaşmanı dərinləşdirir. Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı isə ikitərəfli münasibətlərin regional əhəmiyyətini artırır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə “C5” formatının faktiki olaraq “C6” formatına çevrilməsi mühüm hadisədir. Bu addım Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin yeni mərhələyə yüksəldiyini göstərir. Nəqliyyat və logistika sahəsində perspektivlər də diqqət çəkir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi onları Şərqlə Qərb arasında yeni bağlantıların yaradılmasında təbii tərəfdaşlara çevirir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRİPP ilə mümkün inteqrasiyası əməkdaşlığın regional əhəmiyyətini daha da artıra bilər. Prezident İlham Əliyevin müsahibəsi göstərir ki, Azərbaycan-Özbəkistan müttəfiqliyi keçmişin ortaq dəyərlərini gələcəyin konkret layihələri ilə birləşdirən münasibətlər modelidir. Bu model iki qardaş xalqın rifahı ilə yanaşı, Türk dünyasının birliyinə, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin güclənməsinə və Avrasiya məkanında sülh və tərəqqiyə xidmət edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://axar.az
archiveBu xəbər 23 Avqust 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see368

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see346

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see280

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see274

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see260

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see253

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see251

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see251

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see236

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see236

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see235

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see222

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see209

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see204

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see196

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see190

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see187

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see179

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see172

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri