Icma.az
close
up
RU
Azərbaycan və Özbəkistanın iqtisadi potensialı ortaqlaşır

Azərbaycan və Özbəkistanın iqtisadi potensialı ortaqlaşır

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İqtisadi-ticari əməkdaşlığın dinamikası isə məmnunluq doğurur

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə iki ölkə arasında mövcud strateji əməkdaşlığın əsas istiqamətləri - iqtisadi, tranzit və ticarət münasibətləri barədə geniş fikir mübadiləsi aparıb. Dövlət başçısı Azərbaycan və Özbəkistanın bir-birini tamamlayan iqtisadi potensialını vurğulayaraq, qarşılıqlı investisiya təşəbbüsləri, nəqliyyat-logistika imkanları və sənaye əməkdaşlığının regional inkişafın mühüm dayaqlarından birinə çevrildiyini diqqətə çatdırıb.

Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq bu gün həm strateji tərəfdaşlıq, həm də konkret nəticələr baxımından ciddi inkişaf mərhələsindədir. Ölkə başçısının vurğuladığı kimi, təkcə Hökumətlərarası Komissiyanın fəaliyyəti iqtisadi əlaqələrin dərinləşdirilməsi və perspektivli layihələrin müəyyənləşdirilməsi istiqamətində önəmli rol oynayır. Mütəmadi keçirilən Azərbaycan–Özbəkistan Regional Forumu isə bu əməkdaşlığın təşviqi və konkret nəticələrə çevrilməsi üçün səmərəli platforma rolunu yerinə yetirir.

Azərbaycan qardaş Özbəkistanla iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı genişləndirməyə hazırdır və bu istiqamətdə güclü siyasi iradə və potensial mövcuddur. Artıq imzalanmış 200-ə yaxın sənəd iqtisadi münasibətlər üçün etibarlı hüquqi zəmin yaradır, həmçinin xalqlarımız arasında dostluq və tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan bundan sonra da qarşılıqlı faydalı əməkdaşlığı dəstəkləyərək iki ölkə arasında iqtisadi inteqrasiyanın daha da dərinləşməsinə töhfə verəcək.

Özbəkistanla əməkdaşlığın prioritet istiqamətlərindən biri nəqliyyat və logistika sahəsində şaxələndirilmiş infrastrukturun inkişafıdır. Bu əməkdaşlıq, xüsusilə Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda hər iki ölkənin fəal iştirakı ilə daha da əhəmiyyət qazanır. Azərbaycan burada Mərkəzi Asiya ölkələri üçün əsas tranzit qovşağı rolunu oynayır, bu da ixrac imkanlarının və yükdaşımaların sürətlə artmasına təkan verir.

Rəsmi statistikaya görə, 2024-cü ildə ölkələr arasında tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin yanvar-sentyabr aylarında isə bu rəqəm təxminən bir milyon tona çatıb ki, bu da nəqliyyat sahəsində əməkdaşlığın dinamik inkişafını nümayiş etdirir.

Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın müasir nəqliyyat infrastrukturu bu prosesləri daha da sürətləndirir. Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və doqquz beynəlxalq hava limanı ölkənin regional logistika qovşağı kimi rolunu gücləndirir. Yaxın gələcəkdə Ələt Limanının illik tranzit gücü 25 milyon tona çatacaq. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması Mərkəzi Asiya ölkələrinə əlavə tranzit imkanları təqdim edəcək.

Energetika sahəsində əməkdaşlıq həm də “yaşıl enerji”nin inkişafına yönəlib. 2016-cı ildən fəaliyyət göstərən “Neftegaztexnologiya” birgə müəssisəsi isə texnoloji təcrübə mübadiləsini təmin edir. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin inteqrasiyasını və bərpaolunan enerji mənbələrinin istifadəsini təşviq edən bir sıra saziş və memorandumlar imzalayıb ki, bu da regionda davamlı inkişaf və enerji əməkdaşlığının möhkəmlənməsinə yeni imkanlar yaradır.

Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı

Azərbaycan və Özbəkistan arasında iqtisadi sahədə strateji tərəfdaşlığın dərinləşməsi müşahidə olunur. Bu əməkdaşlıq həm ticarət dövriyyəsinin artımında özünü göstərir, həm də müxtəlif sahələrdə aparılan müzakirələr və birgə təşəbbüslərlə reallaşır.

Prezident İlham Əliyev qeyd etdi ki, 2024-cü ildə iki ölkə arasındakı əmtəə dövriyyəsi 252 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar–sentyabr aylarında isə bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb. Sərmayə qoyuluşu sahəsində də əməkdaşlıq güclənməkdədir. Özbəkistan bugünədək Azərbaycan iqtisadiyyatına 21,8 milyon ABŞ dolları, Azərbaycan isə Özbəkistan iqtisadiyyatına 183,5 milyon ABŞ dolları həcmində sərmayə yatırıb. 2023-cü ildə isə hər iki ölkənin daxilində və üçüncü ölkələrdə sərmayə qoyuluşunu nəzərdə tutan ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılıb. Bu təşəbbüs ölkələr arasındakı iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə, həmçinin birgə layihələrin maliyyələşdirilməsinə yeni imkanlar açır.

Elektron xidmətlərin vahid platforma üzərindən təşkili və yeni texnoloji yanaşmalar ölkələr arasındakı iqtisadi münasibətlərin səmərəliliyini artırır. Azərbaycan və Özbəkistan rəhbərlərinin qarşılıqlı səfərləri və əməkdaşlıq təşəbbüsləri bu əlaqələrə pozitiv təsir göstərir, tərəflər müxtəlif platformalarda təcrübə mübadiləsi apararaq bir-birinin inkişafına dəstək olurlar.

Qardaş Özbəkistan həm Türk dünyasında, həm də Mərkəzi Asiyada aparıcı ölkələrdən biridir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan-Türk dövlətləri arasında münasibətlərin dərinləşməsi bu regionda iqtisadi inteqrasiyanı gücləndirir. Bu kontekstdə Azərbaycan və Özbəkistan arasındakı tərəfdaşlıq iqtisadi əlaqələrin daha da inkişafına və ticarət dövriyyəsinin artmasına təkan verəcək.

Nurlan ABDALOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri