Icma.az
close
up
RU
Azərbaycan və Rusiya Baş nazirləri arasında görüş oldu Yeni Çağ Media

Azərbaycan və Rusiya Baş nazirləri arasında görüş oldu Yeni Çağ Media

Icma.az, Yenicag portalına istinadən məlumat yayır.

Noyabrın 13-də Bakıda Azərbaycanın Baş naziri Əli Əsədov ilə ölkəmizdə səfərdə olan rusiyalı həmkarı Mixail Mişustinlə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyəti qeyd edilib, konfransın iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq səylərə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

Tərəflər iki ölkə prezidentlərinin birgə səyləri və sıx təmasları sayəsində Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafının yüksək dinamikasının qorunub saxlanıldığını qeyd ediblər. Rusiya Prezidenti Vladimir Putinin cari ilin avqustunda Azərbaycan dövlət səfərinin, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında və BRICS Sammitində iştirakı çərçivəsində oktyabrda Moskva və Kazanda ali səviyyədə dialoqun davam etdirilməsinin ikitərəfli münasibətlərə yaxşı təkan verdiyini vurğulayıblar.

Qeyd edilib ki, belə sıx təmaslar prezidentlərə öz tapşırıqlarının icrasını nəzarətdə saxlamağa, həmçinin əməkdaşlığın yeni istiqamətlərini müəyyən etməyə imkan verir. Bu baxımdan dövlət başçılarının tapşırıqlarının icrası üzrə hökumət xətti ilə sıx işin davam etdirilməsinə qarşılıqlı hazırlıq ifadə olunub. Tərəflər ticarət-iqtisadi əməkdaşlığın ardıcıl inkişafından məmnunluqlarını bildiriblər. Cari ildə 9 ay ərzində 3,5 milyard dollar təşkil edən ticarət dövriyyəsinin artım dinamikasını nəzərə alaraq, ilin yekunlarına görə qarşılıqlı ticarətin yeni rekord həcmi proqnozlaşdırılıb.

Nəqliyyat-tranzit sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirilib. İkitərəfli yük daşımalarının sabit artımı qeyd edilib. Tərəflər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə xüsusi diqqət ayırıb, dəhlizin infrastrukturunun inkişafı üzrə səylərin artırılmasını alqışlayıblar. Hökumət başçıları ikitərəfli layihələrin geniş siyahısını əhatə edən sənaye əməkdaşlığının səviyyəsini yüksək qiymətləndiriblər. Tərəflərin bir sıra yeni qarşılıqlı faydalı təşəbbüsləri nəzərdən keçirdiyi vurğulanıb. Aqrar-sənaye kompleksində əməkdaşlığın inkişaf tempindən məmnunluq ifadə olunub. Azərbaycan kənd təsərrüfatı məhsullarının, o cümlədən meyvə-tərəvəzin Rusiyaya tədarükünün davamlı artımı qeyd edilib. Həmçinin Rusiyanın Azərbaycanın buğda və gübrə tədarükü üzrə etibarlı tərəfdaşı kimi rolu vurğulanıb.

Hökumət başçıları Azərbaycan və Rusiyanın iqlim gündəliyinə, xüsusilə Xəzər dənizinin dayazlaşması probleminə prioritet diqqət yetirdiyini alqışlayıblar. Prezidentlərin tapşırığı ilə ikitərəfli işçi qrupu yaradılıb və qarşısında dəniz səviyyəsinin azalmasına təsir edən səbəbləri araşdırmaq və sonrakı dayazlaşmaya şərait yaradan amillərin yumşaldılması üzrə tədbirlər hazırlamaq vəzifəsi qoyulub. Tərəflər humanitar qarşılıqlı fəaliyyətin və regionlararası əməkdaşlığın ənənəvi yüksək səviyyəsindən məmnunluqlarını bildiriblər, mədəni, elmi, gənclər mübadiləsinin, həmçinin qarşılıqlı turist axınının artmasını alqışlayıblar.

Əli Əsədov və Mixail Mişustin qarşılıqlı faydalı əməkdaşlığın daha da artırılması perspektivlərini müzakirə edib, ikitərəfli gündəliyin bütün spektri üzrə konstruktiv işin davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 13 Noyabr 2024 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri