Azərbaycan və Slovakiya rəqəmsal dələduzluqla mübarizəni müzakirə edib
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Azərbaycan və Slovakiya arasında rəqəmsal dələduzluqla mübarizə mexanizmlərinin təkmilləşdirilməsi müzakirə edilib.
SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Ölkəmizdə səfərdə olan Slovakiya Milli Bankının sədri Peter Kazımirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə məhsuldar görüş keçirdik. Görüş zamanı kapital bazarları və sığorta sektorunun tənzimlənməsi, nəzarət çərçivələrinin müasirləşdirilməsi, maliyyə sabitliyinin təmin olunması, maliyyə savadlılığının artırılması, rəqəmsal dələduzluqla mübarizə və istehlakçı hüquqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsi sahələrində əməkdaşlıq üçün əhəmiyyətli potensialın olduğunu vurğuladıq. Rəhbərlik etdiyimiz qurumlar arasında institusional əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində həyata keçiriləcək təşəbbüslər ətrafında fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 15 İyul 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















