Azərbaycan və Sloveniya əczaçılıq sahəsində birgə istehsalı müzakirə edir
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Gələn il Azərbaycan və Sloveniya arasında ikitərəfli münasibətlər baxımından çox önəmli tarixdir. Çünki diplomatik əlaqələrin qurulmasının 30 illiyidir.
APA xəbər verir ki, bunu Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, yaşıl enerji, əczaçılıq sahələrinə çox böyük ümidlə baxırlar: “Əczaçılıq sahəsində Sloveniya dünyada mühüm yerlərdən birini tutur. Biz birgə istehsalı da müzakirə edirik. Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə Sloveniya limanları ilə əlaqələrin genişlənməsini müzakirə etdik. Bu gün ilk dəfə olaraq keçirilən İşçi Qrupun iclası birgə layihələrə təkan verməsi üçün mühüm olacaq. 2026-cı yubiley ilində başlamış proseslərin əməli nəticələrini görəcəyimizə ümid edirik”.
Baxış sayı:135
Bu xəbər 17 Aprel 2025 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















