Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq müzakirə edilib

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 5 ili: Birgəfəaliyyətə baxış, gələcək hədəflər" mövzusunda dəyirmi masa keçirilib.

“Report” xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi (STM), Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Bakı Mətbuat Müşavirliyi və Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilən tədbirdə STM-in İdarə Heyətinin sədri Zahid Oruc, Medianın İnkişaf Agentliyinin rəhbəri Əhməd İsmayılov və Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Mətbuat Şurasənın sədri Rəşad Məcid və media rəhbərləri iştirak edib.

Zahid Oruc bildirib ki, qlobal dəyişikliklər və yeni dünya təhlükəsizliyi arxitekturasının axtarıldığı bir dövrdə Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi mühüm hadisədir:

“Azərbaycan-Türkiyə sarsılmaz birliyi mürəkkəb formasiya və quruluşlardan keçərək son 5 ildə yeni zirvələrə yüksəlib”.

MEDİA-nın rəhbəri Əhməd İsmayılov vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu yerli medianın fəaliyyətində canlanma yaradıb, media nümayəndələrinin, həmçinin sahə ilə əlaqədar aidiyyəti qurumların daha sıx və peşəkar münasibətlərinin qurulmasına böyük təkan verib:

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında möhkəmlənmiş qardaşlıq münasibətləri media da daxil olmaqla bütün sahələrə öz dinamik təsirlərini göstərməkdədir”.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün isə çıxışında qeyd edib ki, Azərbaycan və Türkiyə kimi sıx əlaqədə olan başqa dövlət yoxdur.

Səfir hər iki ölkənin əlaqələrinin nə qədər sıx olduğunu son iki həftədə şahidi olduğunu bildirib: "Bu qədər sıx əlaqədə olan başqa dövlət yoxdur".

Daha sonra keçirilən panellərdə media orqanlarının və aparıcı KİV-lərin rəhbərləri çıxış edib.

Türkiyə və Azərbaycan Media Platforması çərçivəsində təşkilolunan tədbirdə iki ölkə arasında media sahəsində əməkdaşlığın cari vəziyyəti, əldə olunan nailiyyətlər və gələcək perspektivlər müzakirə edilib.

Qeyd edək ki, Türkiyə Prezident AdministrasiyasınınKommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən imzalanan “Media Məkanında Strateji Əməkdaşlıq Memorandumu” imzalanıb.

Sənədin imzalanması ilə Türkiyə-Azərbaycan ortaq media platforması yaradılıb.

Foto: Vüqar Xanlarov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://report.az
archiveBu xəbər 19 Fevral 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri