Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsi daha da genişləndiriləcək
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində V.Mustafayev Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, həmçinin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşlər keçirib.
Görüşlərdə Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın cari vəziyyəti və daha da inkişaf etdirilməsi, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin artırılması və yeni layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr edilib.
Əməkdaşlığın gücləndirilməsinin iki qardaş ölkənin təhlükəsizlik və müdafiə sahələrində mühüm əhəmiyyət kəsb etdiyi vurğulanaraq, müasir texnologiyaların və müdafiə sistemlərinin tətbiqi və inkişaf etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı tərəflər müdafiə sənayesi sahəsində elmi mübadilə, birgə təlimlər və strateji layihələr üzrə işbirliyinin dərinləşdirilməsi haqda danışıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 03 Mart 2026 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















