Azərbaycan və Türkiyə birgə təlim keçirdi FOTO
Icma.az, Bakupost saytına istinadən bildirir.
2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə qardaş ölkədə "SAT-SAS-2024" birgə təlimi keçirilir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Bakupost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə Respublikasının Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimdə dəniz xüsusi təyinatlıları hədəf gəmilərinin zəbt edilməsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.
Təlimin növbəti günlərində plana əsasən, hər iki ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz döyüş taktikalarının işlənməsi, helikopterdən enmə üsullarının yerinə yetirilməsi, şərti sahil ərazisinin zəbt edilməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.
Qeyd edək ki, birgə təlim noyabrın 29-dək davam edəcək.


Bu mövzuda digər xəbərlər:Türkiyə və Azərbaycan birgə təlim keçirəcək
14 Noyabr 2024 13:55
Azərbaycan və Türkiyə XTQləri birgə təlimdə Foto
26 Noyabr 2024 21:50
Türkiyə və Azərbaycan hərbçiləri birgə təlimdə Foto
28 Noyabr 2024 17:53
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
14 Noyabr 2024 13:47
Baxış sayı:114
Bu xəbər 21 Noyabr 2024 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















