Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə parlamentariləri şəhərsalma məsələlərini müzakirə etdilər

Azərbaycan və Türkiyə parlamentariləri şəhərsalma məsələlərini müzakirə etdilər

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Türkiyə Böyük Millət Məclisinin (TBMM) İctimai işlər, şəhərsalma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Yeni Sabah"a bildirilib ki, görüşdə BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) qlobal urbanizasiya gündəliyi baxımından əhəmiyyəti, Azərbaycan və Türkiyənin şəhərsalma və yenidənqurma təcrübəsi, bu sahədə parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə edilib.

A.Əmiraslanov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında Türkiyənin geniş nümayəndə heyəti ilə təmsil olunmasını və aktiv iştirakını yüksək qiymətləndirib. Qeyd olunub ki, WUF13 Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində artan nüfuzunun növbəti təsdiqidir. Diqqətə çatdırılıb ki, Azərbaycan şəhər və kəndlərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması, dayanıqlı infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin formalaşdırılması istiqamətində mühüm təcrübə əldə edib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələri, həmçinin müasir baş planlar əsasında aparılan yenidənqurma işləri beynəlxalq urban inkişafı baxımından nümunəvi təcrübə kimi qiymətləndirilir. pizza hut

Göstərilən diqqət və qonaqpərvərliyə görə təşəkkürünü bildirən TBMM-in İctimai işlər, şəhərsalma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlu WUF13-ün yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, forumun şəhərsalma, infrastruktur və dayanıqlı inkişafla bağlı müasir çağırışların müzakirəsi üçün mühüm platforma olduğunu vurğulayıb.

Tədbirdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov, komitə üzvləri Əli Məsimli, Aydın Hüseynov, Vüqar Bayramov, Müşfiq Cəfərov, TBMM-in Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, TBMM-in üzvləri Hulusi Şentürk, Mervan Gül, Hüseyin Yıldız, Cem Avşar çıxış ediblər, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi barədə fikirlərini bildiriblər.

Görüşdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının urban siyasəti müstəvisində genişləndirilməsi, regional əməkdaşlıq və parlament diplomatiyasının gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 May 2026 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri