Icma.az
close
up
RU
Azərbaycan və Türkiyədə tibbi sığorta müqayisəsi

Azərbaycan və Türkiyədə tibbi sığorta müqayisəsi

Icma.az bildirir, Axsham.az portalına istinadən.

Səhiyyə sistemi yalnız tibbi xidmət deyil, həm də sosial ədalət və vətəndaş məmnuniyyəti məsələsidir.

Axşam.az xəbər verir ki, "visiontv.az" tibbi xidmətlərin əlçatan və effektiv təşkili üçün Azərbaycan və Türkiyənin icbari tibbi sığorta modellərini müqayisə edib.

Azərbaycan modeli: Azərbaycanda icbari tibbi sığorta sistemi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən idarə olunur. Sistem əsasən dövlət tibb müəssisələri üzərindən fəaliyyət göstərir və xidmətlər “Xidmətlər Zərfi” çərçivəsində təqdim edilir.

Son illərdə əhatə dairəsi genişlənsə də, özəl sektorun sistemdəki payı məhdud olaraq qalır. Göndəriş mexanizminin sərtliyi və tariflərin aşağı olması özəl klinikaların sistemə daha fəal qoşulmasını çətinləşdirir. Göndəriş ala bilməyən xəstələr isə dövlət tibb müəssisələrinə üz tutur və nəticədə sıxlıq və narazılıq yaranır. Bu model sosial təminatı gücləndirsə də, rəqabət mühitini zəiflədir və vətəndaşın seçim imkanlarını məhdudlaşdırır.

Türkiyə modeli: Türkiyədə səhiyyə sığorta sistemi Sosyal Güvenlik Kurumu (SGK) tərəfindən idarə olunur. Dövlət və özəl sektor paralel və inteqrə olunmuş şəkildə fəaliyyət göstərir.SGK ilə müqaviləsi olan minlərlə özəl xəstəxana sığortalı vətəndaşlara xidmət göstərir. Dövlət müəyyən edilmiş tarif üzrə ödəniş edir, özəl müəssisələr isə qanunla müəyyən olunan hədd daxilində əlavə ödəniş ala bilir. Bu mexanizm həm dövlət yükünü azaldır, həm də özəl sektorun davamlılığını rəqabət mühitində inkişafını təmin edir.

Elektron randevu, e-reçete və mərkəzləşdirilmiş məlumat sistemləri vətəndaşa istədiyi klinika və həkimi sərbəst şəkildə seçmək imkanı verir, prosesin şəffaflığını və operativliyini təmin edir.

İki model arasındakı əsas fərq özəl sektorun sistemə inteqrasiyası və maliyyə mexanizmlərindədir. Azərbaycan modeli daha mərkəzləşmiş və dövlət yönümlüdür. Türkiyə isə dövlət nəzarətini qoruyaraq bazar mexanizmlərindən aktiv istifadə edir.

Azərbaycan üçün dövlət və özəl sektor arasında balansın tapılması vacibdir. Özəl klinikaların potensialından daha geniş istifadə olunması həm xidmət keyfiyyətini artıra, həm də dövlət sektorunun üzərinə düşən maliyyə və inzibati yükü azalda bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://axsam.az
archiveBu xəbər 24 Fevral 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri