Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 15 iyun, AZƏRTAC
İyunun 15-də gənclər və idman naziri Fərid Qayıbov ilə Venesuela Bolivar Respublikasının idman üzrə xalq hakimiyyəti naziri Franklin Kardiyo arasında onlayn formatda görüş keçirilib.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə iki ölkə arasında idman sahəsində əlaqələrin genişləndirilməsi, yüksək nəticəli idman sahəsində təcrübə mübadiləsi, 2028-ci ildə Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq istiqamətində texniki əməkdaşlıq imkanları və idman sahəsində Anlaşma Memorandumunun imzalanması perspektivləri müzakirə olunub. Həmçinin idmançı mübadilə proqramları, gimnastika, boks, taekvondo və güləş növləri üzrə əməkdaşlıq, eləcə də idman texnologiyaları və tətbiqi elmlər sahəsində potensial birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Venesuelanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinezz Berroteran da iştirak edib.
Baxış sayı:168
Bu xəbər 15 İyun 2026 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















