Azərbaycan və Vyetnam üçillik Fəaliyyət Planını qəbul ediblər
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Azərbaycanla Vyetnam arasında 2025–2027-ci illəri əhatə edən Fəaliyyət Planı qəbul olunub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Hanoyda Vyetnamın sənaye və ticarət naziri Nguyen Hong Dien ilə qarşılıqlı etimad və dostluq mühitində, ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafına dair səmərəli müzakirələr apardıq. Həmsədrliyimizlə keçirilən Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyanın 3-cü iclası isə ticarət-iqtisadi əməkdaşlığımızın strateji tərəfdaşlıq əsasında möhkəmlənməsinə xidmət edəcək və 2025–2027-ci illəri əhatə edən, 17 istiqamət üzrə 58 tədbirin həyata keçirilməsini nəzərdə tutan Fəaliyyət Planının qəbulu ilə məhsuldar şəkildə yekunlaşdı”, - deyə nazir qeyd edib.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 17 İyul 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















