Icma.az
close
up
RU
Azərbaycan vətəndaşları ildənilə daha yaxşı yaşayacaq

Azərbaycan vətəndaşları ildənilə daha yaxşı yaşayacaq

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyevin 7 yanvar 2025-ci il tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan Respublikasının 2024-cü ildə siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi uğurlar barədə geniş məlumat verildi. Azərbaycanın 2024-cü ildə iqtisadi sahədə qazandığı uğurlar göz qabağındadır. Keçən il Azərbaycanda ümumi daxili məhsul 4 faizdən çox artıb və bu artımın əsas səbəbi qeyri-neft sektorunun inkişafıdır. Qeyri-neft sektoru 6 faizdən çox artıb, xüsusilə sənaye istehsalında 7 faizdən çox artım müşahidə olunub. Bu göstəricilər Azərbaycanın iqtisadi inkişafını göstərir.

İqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə və investisiyaların cəlb edilməsi kimi tədbirlər nəticəsində ölkə beynəlxalq reytinq agentliklərindən müsbət rəylər alıb. 2024-cü ildə Azərbaycan maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb və valyuta ehtiyatlarını artırıb. İl ərzində valyuta ehtiyatları 5 milyard dollardan çox artaraq 72 milyard dollara çatıb.

Beş il əvvəl Azərbaycanın xarici borcu ümumi daxili məhsulun təqribən 20 faizini təşkil edirdi və o zaman hədəf olaraq bu nisbəti 10 faizə endirmək məqsədi qoyulmuşdu. Bu gün isə xarici borc ümumi daxili məhsulun yalnız 7.2 faizini təşkil edir. Azərbaycan iqtisadiyyatının güclü və dayanıqlı olması, xarici maliyyələşmə ehtiyacını azaldır və ölkəyə daha çox sərbəst maliyyə resursları qazandırır, gələcəkdə iqtisadi inkişafı dəstəkləmək və sosial layihələrə investisiya qoymaq üçün daha geniş imkanlar yaradır.

Azərbaycan 2025-ci ilin büdcəsi ilə tarixində ən böyük büdcəni təqdim edib. Bu ilin büdcəsi 41 milyard manatdan çoxdur, icmal büdcə isə 48 milyard manatı aşır. Büdcənin bu səviyyəyə çatması, Azərbaycanın daxili resurslarına əsaslanaraq, şəffaflıq, düzgün idarəetmə və iqtisadi siyasətin müsbət nəticəsi olaraq əldə edilib.

Büdcə parametrləri və dinamika ölkə iqtisadiyyatının sağlam və davamlı inkişafını göstərir. Böyük büdcə ilə Azərbaycan sosial və iqtisadi layihələrin maliyyələşdirilməsi, infrastrukturun inkişafı və digər mühüm dövlət layihələrini həyata keçirmək üçün ciddi resurslara malikdir.

Sosial sahədə də müsbət dəyişikliklər olub. Bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faiz arasında olub. Artımların xüsusilə az müdafiə olunan təbəqəyə yönəlməsi, dövlətin sosial ədalət prinsiplərinə əsaslanan siyasətinin bir hissəsidir. Azərbaycan hökuməti həmçinin Qarabağın bərpası kimi böyük investisiyaların həyata keçirildiyi bir dövrdə sosial məsələləri də diqqət mərkəzində saxlayır. Son bir neçə ildə dörd sosial paket həyata keçirilib və bu məqsədlərə 7 milyard manatdan çox vəsait xərclənib.

Bu yanaşma Azərbaycanın iqtisadi inkişafı ilə paralel olaraq ölkədə sosial inkişafı da nəzərdə tutan bir siyasətin həyata keçirildiyini göstərir. Gələcəkdə də iqtisadi imkanlar artdıqca, sosial məsələlərin həlli, minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələləri ön planda saxlanılacaq. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdır və yaşayacaq.

Vasif Qafarov

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Yanvar 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri