Icma.az
close
up
RU
Azərbaycan vətəndaşları Rusiyada aeroportda saxlanılıb Video

Azərbaycan vətəndaşları Rusiyada aeroportda saxlanılıb Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bakıdan Rusiyaya yollanan Azərbaycan vətəndaşları bir neçə gündür Jukovski hava limanında saxlanılır.

“Qafqazinfo” “haqqin.az”a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşları oktyabrın 6-da Bakıdan Moskva vilayətinə yollanıblar və Jukovski aeroportunda yerə eniblər. 

Sərnişinlərdən birinin sözlərinə görə, o və daha iki azərbaycanlı heç bir səbəb göstərilmədən hava limanının əməkdaşları tərəfindən saxlanılıb və terminalın ikinci mərtəbəsinə aparılıb. 

Həmyerlilərimiz orada qapalı bir məkana yerləşdirilib. Onlarla birgə orada Mərkəzi Asiya ölkələrinin vətəndaşlarının da olduğu bildirilib. Bununla yanaşı, məkanın qapısının arxadan kilidli olduğu vurğulanıb. 

Videomüraciət yayan sərnişinlərdən biri onların orada qida ilə təmin edilmədiyini deyib. Onlar Azərbaycan rəhbərliyindən məsələ ilə bağlı yardım istəyiblər. 

Azərbaycanın Rusiyadakı Səfirliyi APA-nın Moskva bürosuna açıqlamasında bildirib ki, Jukovski hava limanında saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məsələ səfirliyinin nəzarətindədir və hazırda konsulluğun əməkdaşları bu məsələnin həlli ilə məşğuldurlar.

Səfirlikdən o da qeyd olunub ki, Azərbaycan vətəndaşları Rusiya Federasiyasına gəlməmişdən 72 saat öncə müvafiq proqramda qeydiyyatdan keçib icazə almalıdırlar, lakin təəssüflər olsun ki, vətəndaşlarımız buna əməl etmirlər: “Ona görə də, bu problemlərlə qarşılaşırlar. Bir məsələ də var. Belə ki, Jukovski hava limanında saxlanılanlar orada bir həftəyə qədər də saxlanıla bilirlər. Çünki orada saxlanılanları Rusiya tərəfi özləri ölkələrinə geri qaytarırlar. Belə ki, Jurkovski hava limanına Azərbaycan təyyarələri uçmur, ancaq Rusiya təyyarələri uçur. Bu reyslər də həftədə iki dəfə: birinci və dördüncü günlər həyata keçirilir. Ona görə də, sabah təyyarə dolu olmasa, yer olsa, videosu yayılan vətəndaşlarımızı Azərbaycana sabah göndərsinlər. Yer olmasa, gələn həftənin birinci günü göndəriləcəklər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Oktyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri