Icma.az
close
up
RU
“Azərbaycan voleybol liqası sürətlə inkişaf edir” Mateus Arauxоnun ə AÇIQLAMASI

“Azərbaycan voleybol liqası sürətlə inkişaf edir” Mateus Arauxоnun ə AÇIQLAMASI

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycan voleybol klubu “Ordu” çempionatın altı turundan sonra üçüncü pillədə qərarlaşıb. Sezonun əvvəlində iki məğlubiyyətdən sonra komanda ardıcıl dörd qələbə qazanıb. “Hərbçilər” mövsümün əvvəlində heyəti xeyli gücləndirib və yeni transferlərdən biri də braziliyalı Mateus Arauxо olub. O, İdman.Biz-in suallarını cavablandırıb.

- Klubun mövsümün əvvəlindəki çıxışından nə dərəcədə razısınız?

- Çempionatın startını çox müsbət qiymətləndirirəm. Komanda yaxşı hazırlaşıb, meydançada tez uyğunlaşdıq və ilk oyunlardan xarakter nümayiş etdirdik. Əlbəttə, üzərində işləməli olduğumuz məqamlar var, lakin ümumilikdə “Ordu”nun liqadakı çıxışı sevindiricidir.

- Dörd oyundan ibarət qələbə seriyasını nəzərə alsaq, “Ordu” mükafatlar uğrunda mübarizəyə qoşulmağı hədəfləyir?

- Şübhəsiz. Ambisiyalarımızı gizlətmirik. Qələbələr bizə əlavə inam verir və indi əsas məsələ konsentrasiyanı qorumaqdır. Qarşıda uzun mövsüm var, lakin biz ən yüksək yerlər uğrunda mübarizə aparmaq və bunu hər oyunda sübut etmək istəyirik.

- Siz artıq ikinci ildir Azərbaycanda çıxış edirsiniz, bundan əvvəl “Neftçi”nin formasını geyinmisiniz. Çempionatın səviyyəsini necə dəyərləndirirsiniz?

- Liqa çox yaxşı sürətlə inkişaf edir. Burada kifayət qədər güclü legionerlər, istedadlı yerli oyunçular və yüksək təşkilati səviyyə var. İlk mövsümlə müqayisədə irəliləyiş açıq-aşkar görünür və bu, çempionatı daha rəqabətli və maraqlı edir.

- Bakıda sevdiyiniz yerlər varmı?

- Bəli, Bakı şəhərini çox sevirəm. Bulvar boyunca gəzməkdən, İçərişəhərə baş çəkməkdən zövq alıram. Orada xüsusi ab-hava, tarix və memarlıq var. Yerli mətbəx də çox xoşuma gəlir – həm zəngin, həm də çox dadlıdır.

- Komandada sizinlə yanaşı daha iki braziliyalı çıxış edir. Bu amil uyğunlaşmanı asanlaşdırır?

- Əlbəttə. Eyni dildə danışmağımız həm meydançada, həm də gündəlik həyatda bir-birimizi daha yaxşı başa düşməyimizə kömək edir. Çətin anlarda qərarları daha tez vermək mümkün olur. Amma onu da vurğulamaq istərdim ki, ümumilikdə komandada çox yaxşı qarşılıqlı anlaşma var.

- Siz Braziliya, Qətər, Livan, Yunanıstan, Portuqaliya liqalarında çıxış etmisiniz, Litvada isə çempionatın ən yaxşı diaqonal hücumçusu seçilmisiniz. “Ordu”da da bombardirlik uğurlarınızı davam etdirməyi düşünürsünüz?

- Fərdi mükafatlar xoşdur, amma mənim üçün hər zaman əsas olan komandanın nəticəsidir. Əgər topladığım xallar və oyunum “Ordu”nun qələbələrinə və titullar uğrunda mübarizəsinə töhfə verirsə, deməli, hər şey düzgün gedir. Maksimumumu ortaya qoymağa çalışıram və ümid edirəm ki, bu mövsüm həm mənim, həm də klub üçün uğurlu olacaq.

Zəki Feyzullayev

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Dekabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri