Icma.az
close
up
RU
Azərbaycan Vyetnam əlaqələri

Azərbaycan Vyetnam əlaqələri

Icma.az bildirir, 525.az portalına istinadən.

Avropanın enerji xəritəsini dəyişən Azərbaycan əməkdaşlıq coğrafiyasını genişləndirərək Asiya ölkələri ilə də əlaqələrin qurulmasına, inkişafına xüsusi önəm verir. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri qeyd olunan fikrin daha bir təsdiqidir. Bu məqamda onu qeyd edək ki, Azərbaycan və Vyetnamı yarım əsrdən çox dostluq əlaqələri birləşdirir.

Azərbaycan-Vyetnam əlaqələri yeni deyil. Hələ Azərbaycan sovetlərin işğalı altında olanda belə bu ölkə ilə Azərbaycan SSR arasında mədəni, elmi sahədə əlaqələr var idi. Görüşdə iki ölkə arasında diplomatik münasibətlərin 30 il ərzində mövcud olmasına baxmayaraq, dostluq təmaslarının hələ keçən əsrin 50-ci illərinin sonlarına təsadüf etdiyi vurğulanıb. Həmin dövrdən etibarən Vyetnam Demokratik
Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana, prezident Heydər Əliyevin isə SSRİ rəhbərliyində olduğu zaman Vyetnama səfərləri məmnunluqla xatırlanıb. 1959-cu il iyulun 23-də prezident Ho Şi Min Azərbaycanın (o zaman Sovet İttifaqının tərkibində olan) paytaxtı Bakıya səfər edib. Hanoyda Vyetnam- Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycanın Vyetnamdakı səfirliyi ilə birgə 2019-cu il iyulun 23-də ölkə paytaxtı Hanoyda bu səfərin 60 illiyinə həsr olunan tədbir keçirilmişdi. Tədbirdə Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, rəsmi şəxslər, Azərbaycanda təhsil almış və işləmiş tələbələr iştirak etmişdilər.

Ötən illər ərzində Azərbaycan Respublikasının universitetləri Vyetnam üçün minlərlə mühəndis, həkim və alim hazırlayıb. Təkcə Azərbaycan Neft və Kimya Universiteti, indiki Azərbaycan Neft və Sənaye Universiteti, son 50 il ərzində (1967-2017) 500-dən çox vyetnamlı vətəndaşı ali təhsilli mütəxəssis kimi hazırlayıb.
1981-ci ildə “Vietsovpetro” Sovet-Vyetnam birgə müəssisəsi yaradılıb. Şirkətin 1981-1984-cü illərdə ilk baş direktoru azərbaycanlı mütəxəssis Cəlal Məmmədov, şirkətin geologiya bölməsinin ilk rəhbəri Müslüm Vəliyev olub. “Vietsovpetro” şirkətinin yaradılmasından bir müddət sonra Sovet İttifaqı Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev 1983-cü ildə Vyetnama rəsmi səfər edib. Səfər çərçivəsində Heydər Əliyev Vyetnam və sovet, o cümlədən Azərbaycan neft mütəxəssisləri ilə görüşmək üçün Vunq Tau şəhərinə də baş çəkmişdi. Onun səyləri, Bakıdan gətirilən əlavə azərbaycanlı mütəxəssislərin və texnikanın cəlb edilməsi nəticəsində Vyetnamda ilk neft proqnozlaşdırıldığından xeyli əvvəl hasil olunur.
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin səfərindən sonra minlərlə azərbaycanlı mütəxəssis Vyetnamın müharibədən sonrakı
infrastrukturunun bərpasına, xüsusilə neft sənayesinə kömək etmək üçün ora göndərilib. Ümumilikdə 5000-dən çox vyetnamlı tələbə və aspirant da Azərbaycanın təhsil müəssisələrində təhsil almaq, burada işləmək üçün göndərilib. Onlar bu ölkənin quruculuğuna və inkişafına mühüm töhfə veriblər. 1983-cü ilə qədər Ulu Öndər Heydər Əliyev həmçinin Vyetnam Kommunist Partiyasının ovaxtkı Baş katibi Le Zuanla görüşmək imkanı əldə edib. 1981-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının XXVI qurultayında iştirak etmək münasibətilə Le Zuan Azərbaycana səfər edib. O zaman Ulu Öndər SSR-in KP MK-nın birinci katibi idi. Vyetnama bu səfərin 40 illiyi ərəfəsində Hanoyda Ümummilli Lider Vyetnam arasında dostluq quruculuğu missiyasına töhfəsinə həsr olunmuş seminar keçirilib. İki respublika arasında əlaqələr ABŞ ilə müharibəndən sonra da davam edib. Azərbaycan SSRİ-nin tərkibində olmasına baxmayaraq, Vyetnama azadlıq müharibəsində və birləşmə prosesində göstərdiyi dəstək xalq
tərəfindən yüksək qiymətləndirilib. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın 7-də Bakıya səfəri də ötən illərin əlaqələrinin məntiqi davamı sayıla bilər. Prezident cənab İlham Əliyevlə To Lamın başçılıq etdiyi nümayəndə heyəti qarasında geniş tərkibdə görüşü keçirilib.

Baş katib To Lamın Azərbaycana səfəri çərçivəsində tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın imzalanması iki ölkə münasibətlərinin tarixində yeni dövrün başlanğıcı oldu. Cənab Baş katibin əminliklə söylədiyi kimi, biz yaxın zamanlarda ikitərəfli münasibətlərimizi dərinləşdirə və genişləndirə biləcəyik, inkişaf naminə üstün cəhətlərimizdən faydalanacağıq. Birgə Bəyantda partiya, dövlət, parlament kimi bütün səviyyələrdə əlaqələri və təmasları, hökumətlərarası komissiya vasitəsilə iqtisadi əməkdaşlığı fəallaşdırmaq kimi mühum məqamlar öz əksini tapıb.
Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsi də dinamik inkişaf edir. 2024- cü ilin göstəricilərinə əsasən, iki ölkə arasında əmtəə dövriyyəsi 223,93 milyon ABŞ dolları təşkil edib. Bu, əvvəlki illərlə müqayisədə ciddi artım deməkdir. Əsas ticarət sahələrinə neft-kimya məhsulları, kənd təsərrüfatı malları və sənaye avadanlıqları daxildir. Eyni zamanda, hər iki ölkə qarşılıqlı investisiyalar üçün hüquqi baza və biznes mühiti yaratmaq istiqamətində addımlar atır. Bu sahədə Azərbaycan – Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti xüsusilə önəmli rol oynayır.
Komissiya çərçivəsində keçirilən görüşlərdə iqtisadi əməkdaşlığın  dərinləşdirilməsi, ticarətin şaxələndirilməsi və nəqliyyat – logistika imkanlarının
inkişafı kimi vacib məsələlər gündəmdədir. Hər iki ölkə beynəlxalq ticarət dəhlizlərində iştirakı gücləndirməkdə maraqlıdır. Enerji sahəsində zəngin
təcrübəyə malik olan Azərbaycan son illərdə həm də “yaşıl” enerji mənbələrinin inkişafına strateji yanaşma nümayiş etdirir. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz 2030-cu ilə qədər bərpa olunan enerji istehsalının ümumi enerji balansında əhəmiyyətli yer tutmasına nail olmağı qarşıya məqsəd qoyub. Bu kontekstdə Vyetnamla əməkdaşlıq geniş imkanlar vəd edir. Vyetnam da öz növbəsində, Cənub-Şərqi Asiyada alternativ enerji potensialına malik ölkə kimi tanınır. Hər iki ölkə günəş, külək və biokütlə enerjisi sahəsində təcrübə mübadiləsi aparmağa, texnoloji biliklərini bölüşməyə və birgə investisiya layihələrini həyata keçirməyə maraqlıdır. Beləliklə, Vyetnam liderinin ölkəmizə səfəri iki ölkə əlaqələrinə yeni məzmun qataraq münasibətləri daha arzulanan pilləyə qaldırdı. Şübhəsiz ki, Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi bu yüksək səviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Bu əlaqələrin inkişaf etməsi üçün regiondakı şəraitdən Vyetnamın da yararlanması üçün Azərbaycan ona ənənəvi yardımını və dəstəyini verə bilər. Çünki Azərbaycanla Vyetnam ötən əsrdən bir-biri ilə elan edilməmiş tərəfdaşdır.

Cavid Abaszadə,

coğrafiya müəllimi
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://525.az
archiveBu xəbər 10 May 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri