Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Azərbaycan Vyetnam münasibətlərində məsafələr arxasında yaxınlıq modeli ŞƏRH

Azərbaycan Vyetnam münasibətlərində məsafələr arxasında yaxınlıq modeli ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyada dövlətlər arasında məsafə yalnız coğrafiya ilə ölçülmür. Xalqların yaddaşında silinməz izlər buraxan tarix, ümumi keçmişin işığında formalaşan etimad və tərəfdaşlıq, əsl yaxınlıq meyarıdır. Azərbaycan və Vyetnam bu baxımdan unikal təmas nöqtəsinə malikdir: ayrı qitələrdə yerləşsələr də, siyasi sabitlik, milli müstəqillik və beynəlxalq əməkdaşlıq fəlsəfəsində eyni baxış bucağını bölüşürlər. Cənab Prezident İlham Əliyevin Vyetnamın rəsmi xəbər agentliyinə verdiyi müsahibə bu baxışın birmənalı təsdiqi oldu. Bu isə tarixdən gələn etimadın nəticəsidir. Azərbaycanla Vyetnam arasında münasibətlər təkcə rəsmi diplomatik əlaqələrin illəri ilə ölçülmür. Bu münasibətlərin kökləri Sovet dövrünün inteqrasiyalı təhsil və əmək mühitindən qidalanır. 1959-cu ildə Prezident Ho Şi Minin Bakıya səfəri, 1983-cü ildə Heydər Əliyevin Hanoya etdiyi tarixi səfər və Azərbaycanda təhsil almış minlərlə vyetnamlının uğurlu karyerası bu əlaqələrin insani təməlini təşkil edir. Burada söhbət təkcə bir neçə diplomatik jestdən yox, illər boyu qurulmuş etimad arxitekturasından gedir. Prezident İlham Əliyevin bu tarixi epizodlara xüsusi diqqət ayırması əbəs deyil: bu, diplomatik əlaqələrin səmimiyyətini göstərən ən önəmli mənbədir. Eyni zamanda yeni mərhələnin siyasi xəritəsidir. İndi Azərbaycan–Vyetnam münasibətləri tarixin sabit axarı ilə deyil, gələcəyə yönəlmiş konkret hədəflərlə inkişaf edir. 2014-cü ildə cənab Prezident İlham Əliyevin Hanoya etdiyi səfərdən sonra münasibətlər təkcə dövlətlərarası yox, həm də partiyalararası əməkdaşlıq səviyyəsində genişlənməyə başladı. Bu prosesin məntiqi davamı olaraq Vyetnam Kommunist Partiyası Baş katibi To Lamın Azərbaycana rəsmi səfəri münasibətlərdə yeni dinamizmin başlanğıcıdır. Cənab Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən əsas məqam budur ki, bu səfər ideoloji dialoqun gücləndirilməsi baxımından da əhəmiyyətli olacaq. Bu, sadəcə protokol xarakterli rəsmi münasibətlərdən daha çox, dəyərlərə və siyasi sistemlərə hörmətə əsaslanan əməkdaşlıq modelidir. Müasir dövrdə siyasi əlaqələrin davamlılığı iqtisadi əsaslarla möhkəmlənməlidir. Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsinin 2024-cü ildə 224 milyon ABŞ dollarına çatması bunu təsdiqləyir. Amma bu, yalnız başlanğıcdır. Enerji sahəsində əməkdaşlıq bu münasibətlərdə strateji dəyərə malikdir. 1980-ci illərdə Azərbaycanın neft mütəxəssislərinin Vyetnamda yaratdığı infrastruktur, bu gün SOCAR ilə “Petrovietnam” arasında əməkdaşlıqda yeni formatda davam edir. Bu, enerji sahəsində yalnız texniki tərəfdaşlıq deyil, həm də tarixə söykənən etibara əsaslanan əməkdaşlıq nümunəsidir. Əczaçılıq, kənd təsərrüfatı, nəqliyyat və informasiya texnologiyaları kimi sahələrdə də əməkdaşlıq imkanları genişdir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Bakı–Hanoy birbaşa aviareysi və turizm sahəsində təbliğat vasitəsilə insan resurslarının daha aktiv dövriyyəsinə çalışır. Cənab Prezident İlham Əliyevin mədəni və humanitar əməkdaşlığa verdiyi önəm bu münasibətlərin yalnız strateji deyil, həm də emosional səviyyədə formalaşdığını göstərir. Mədəniyyət sahəsində ortaq layihələr – musiqi, kino, elm və təhsil istiqamətində əməkdaşlıq – xalqların bir-birini tanımasına xidmət edir. Bu mədəni sintez iki ölkə arasında yumşaq güc siyasətinin tətbiqinə imkan verir. Bu güc – tank və top deyil, təhsil, elm və sənət vasitəsilə yaxınlaşmadır. Bu siyasətin kökündə isə humanist yanaşma dayanır. Azərbaycanın Asiya-Sakit Okean regionunda fəallaşması həm də onun çoxvektorlu xarici siyasətinin təzahürüdür. Azərbaycanın Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda tutduğu mövqe, Cənub-Şərqi Asiyanın önəmli aktorları ilə əməkdaşlığı zəruri edir. Vyetnamla münasibətlər bu mənada yalnız ikitərəfli deyil, regional ölçülərdə də qiymətləndirilməlidir. Eyni zamanda, COP29-a ev sahibliyi edən Azərbaycanın iqlim diplomatiyasına Vyetnam kimi enerji sektorunda təcrübəli bir ölkəni cəlb etməsi qlobal siyasətdə əhəmiyyətli konnektor rolunu möhkəmləndirir. Nəticə isə məsafədən doğan yaxınlığa çevrilmədir. Azərbaycan–Vyetnam münasibətləri bir daha sübut edir ki, coğrafi məsafə dövlətlər arasında yaxınlıq yaratmağa əngəl deyil. Əgər ortada qarşılıqlı etimad, tarixi bağlar və müasir hədəflər varsa, bu məsafə körpülərə çevrilir. Cənab Prezident İlham Əliyevin müsahibəsi sadəcə rəsmi bəyanat deyil, iki ölkə arasında strateji tərəfdaşlığın manifestidir. Bu münasibətlər yalnız ticarət və enerji ilə kifayətlənmir, həm də ortaq yaddaş, siyasi anlayış və mədəni bağlarla qurulur. Bütün bunlar isə bu tərəfdaşlığın uzunömürlü və davamlı olacağını göstərir.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 May 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see303

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see300

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see282

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see282

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see281

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see281

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see274

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see274

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see272

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see266

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see248

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see243

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see241

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see237

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see235

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see235

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see233

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see229

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see229

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri