Icma.az
close
up
RU
Azərbaycan WUF13 ün nəticələrini BMT nin yüksəksəviyyəli platformasında təqdim edir KONKRET

Azərbaycan WUF13 ün nəticələrini BMT nin yüksəksəviyyəli platformasında təqdim edir KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının “Hamı üçün dayanıqlı urbanizasiyanın təmin edilməsi: 2036-cı ilədək Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin sürətləndirilməsi və geniş tətbiqi istiqamətində birgə fəaliyyət” mövzusunda yüksəksəviyyəli iclasında iştirak edir.

KONKRET.az xəbər verir ki, 16–17 iyul 2026-cı il tarixlərində keçirilən iclas 2016-cı ildə Kito şəhərində keçirilmiş Habitat III Konfransında qəbul edilən Yeni Şəhər Gündəliyinin icrasının 10 illik nəticələrinin qiymətləndirilməsi və 2036-cı ilədək qlobal fəaliyyətin sürətləndirilməsi üçün prioritetlərin müəyyənləşdirilməsinə həsr olunub. Dünyanın müxtəlif ölkələrindən yüksəksəviyyəli nümayəndələri bir araya gətirən tədbirdə münasib mənzil təminatı, inklüziv şəhər inkişafı, iqlim dəyişikliyi və davamlı urbanizasiya, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM), xüsusilə DİM 11-in icrasının sürətləndirilməsi kimi aktual məsələlər müzakirə edilir.

Yüksəksəviyyəli iclas çərçivəsində Anar Quliyevin açılış mərasimində və Yeni Şəhər Gündəliyinin icrasına həsr olunan plenar müzakirələrdə, həmçinin nazirlərin dəyirmi masa formatında keçiriləcək görüşündə çıxış etməsi nəzərdə tutulur. Bununla yanaşı, Komitə sədri Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılmasına dair xüsusi tədbirdə və maraqlı tərəflərin iştirakı ilə keçirilən panel müzakirələrində iştirak edərək, Azərbaycanın dayanıqlı və inklüziv şəhər inkişafı sahəsində yanaşmalarını təqdim edəcək.

Qeyd edək ki, Nyu-Yorkdakı müzakirələr bu ilin may ayında Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) formalaşan qlobal dialoqun davamı kimi xüsusi əhəmiyyət daşıyır. 176 ölkədən 58 mindən çox iştirakçını bir araya gətirən WUF13 Forum tarixində ən genişmiqyaslı tədbir olub. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə keçirilən Liderlər Seqmenti isə şəhərsalma və mənzil məsələlərinin yüksək siyasi gündəlikdə mövqeyini gücləndirib.

Forumun “Bakı Fəaliyyətə Çağırış” yekun sənədi Yeni Şəhər Gündəliyinin icrasının sürətləndirilməsi, münasib mənzil təminatının genişləndirilməsi, insanmərkəzli şəhər inkişafı və iqlim dayanıqlılığının gücləndirilməsi üzrə birgə fəaliyyətə çağırır. Hökumətlərin, yerli idarəetmə orqanlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin, akademik dairələrin, gənclərin və özəl sektorun ortaq baxışını əks etdirən sənəddə müəyyən olunmuş prioritetlər hazırkı yüksəksəviyyəli iclasın əsas müzakirə istiqamətləri ilə uzlaşır.

Eyni zamanda, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı yaşayış məntəqələrinin planlaşdırılması və inkişafı üzrə birgə layihənin həyata keçirilməsinə dair Töhfə Sazişinin imzalanması planlaşdırılır. Saziş işğaldan azad edilmiş ərazilərdə müasir şəhərsalma yanaşmalarının geniş tətbiqi, qabaqcıl beynəlxalq təcrübə mübadiləsinin təşviqi, eləcə də UN-Habitat ilə uzunmüddətli tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 İyul 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri