Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Azərbaycan xalqı öz mübariz övladlarının şücaətini daim yüksək qiymətləndirir

Azərbaycan xalqı öz mübariz övladlarının şücaətini daim yüksək qiymətləndirir

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi Qanlı Yanvar faciəsindən artıq 35 il ötür. Bu faciəni azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, habelə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin davamı kimi qiymətləndirə bilərik. 20 Yanvar xalqımızın ömürlük yaddaşına həkk olunmuş və bağışlanılması mümkün olmayan bir hadisədir.
20 yanvar günü Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Ölkəmizin azadlığı və müstəqilliyi naminə böyük bir ordunun, ağır texnika və artileriyanın qarşısına əliyalın çıxan Azərbaycan oğul və qızları 20 yanvar hadisəsində bir daha xalqımızın mərd, qorxmaz və şüacətli olduğunu nümayiş etdirmiş, özlərinin həlak olacaqlarını bilə-bilə vətənin qorunması üçün geri addım atmadan öz canlarını fəda etmişlər.
Ümummilli Lider Heydər Əliyev əbəs yerə qeyd etməmişdir ki, “biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərindən dərk edəcəyik. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub”.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə paytaxt Bakı və digər rayonlarına yerləşdirilən və tərkibində erməni zabit və əsgərlər olan 66 min nəfərlik ordu ağır texnikalardan və müxtəlif tipli silahlardan Azərbaycan xalqını atəşə tutularaq kütləvi şəkildə qətlə yetirmişdir.
Məqsədyönü olaraq planlaşdırılmış qanlı hadisənin törədilməsi üçün Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunlarının Azərbaycana daxil olması və ölkədə fövqəladə vəziyyətin tətbiq edilməsi barədə əhali qabaqcadan xəbərdar edilməmişdir. Bu məkirli planın reallaşması üçün Azərbaycanda Fövqəladə vəziyyətin tətbiqindən öncə hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Yanvarın 19-dan 20-nə keçən gecə kütləvi insan qırğını törədildikdən sonra səhər saat 5:30-da radio vasitəsilə Bakı şəhərinin komendantı V.Dubinyak fövqəladə vəziyyətin tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, ölkədə yanvarın 20-də saat 00:00-dan başlanmış hərbi əməliyyatlar zamanı tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desantlar çıxarılmışdır.
1990-cı il 20 yanvar hadisəsi zamanı Respublikada ümumilikdə 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlaklar məhv edilmişdir. Azərbaycanda fövqəladə vəziyyət elan edildikdən sonra da yanvarın 20-dən sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüş, fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lənkəranda insanlar qətlə yetirilmişdir.
1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinmədən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etirazını bildirdi, bu faciəyə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etmişdir. Bundan başqa Ulu Öndər Heydər Əliyev Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlama tələb etmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edilmişdir.
Daha sonra xalqı bu böhran vəziyyətindən çıxarmaq üçün hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il martın 29-da “20 yanvar” faciəsinə Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verilmişdir. Milli Məclisin qəbul etdiyi həmin Qərarda 20 yanvar faciəsinin günahkarları konkret qeyd olunmuş, bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirilmişdir. Qərara əsasən, həmçinin, şəhidlərin xatirəsi əbədiləşdirilmiş, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldılmış, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edilmiş, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirilmişdir.
Ulu Öndər Heydər Əliyevin 20 Yanvar hadisəsinə xüsusi diqqəti sayəsində onun Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilmişdir.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsini daim uca tutumuş, həmin hadisə zamanı həlak olan şəhidlərin ailələrinə xüsusi diqqət və qayğısını hər zaman nümayiş etdirmişdir.
Ölkə başçısının tapşırığı ilə Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Bundan başqa, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşmış, həmçinin Prezidentin “20 Yanvar” şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Eyni zamanda cənab Prezidentin diqqət və qayğısı nəticəsində ötən dövrdə 20 yanvar şəhidlərinin ailələrinə, 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 143 mənzil və 100-ədək avtomobil təqdim edilmişdir.
Azərbaycan xalqı öz mübariz övladlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. 20 yanvar hadisəsi təkcə ölkəmizdə yox, həm də bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən yad edilir. Bu hal isə bir daha Azərbaycan xalqının birliyini, həmrəyliyini və ölkəmizə bağlılığını təcəssüm etdirir.
Pərvanə Vəliyeva, Milli Məclisin deputatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Yanvar 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see476

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see375

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see336

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see289

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see288

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see283

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see200

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see134

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri