Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Bu rayona yeni polis rəisi təyin edildi

Mingəçevirli 10 yaşlı şahmatçı Avropa çempionatında gümüş medal qazandı

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Liqa 1: Marsel darmadağına sevindi

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Azərbaycan xalqı Ulu Öndərin ətrafında sıx birləşməklə öz gələcək taleyini həll etdi ŞƏRH

Azərbaycan xalqı Ulu Öndərin ətrafında sıx birləşməklə öz gələcək taleyini həll etdi ŞƏRH

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 14 iyun, AZƏRTAC

Müstəqilliyin ilk illəri Azərbaycan üçün çox ağır dövr idi. Öz azadlığı və müstəqilliyi uğrunda mücadiləyə qalxan xalqın 1990-cı il Yanvar qırğınından yenicə çıxması, soydaşlarımızın Qərbi Azərbaycandan növbəti kütləvi deportasiyası, torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğalı, ardınca Xocalı soyqırımı, daha sonra ovaxtkı iqtidarın səriştəsizliyi, daxili çəkişmələr dövlətçiliklə bağlı ciddi risklər yaratmışdı. Dövlət idarəçiliyi sisteminin olmaması ölkədə vətəndaş qırğınının pik həddə çatmasına səbəb olmuşdu. Suverenliyimiz real təhdidlər qarşısında idi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib. O bildirib ki, belə bir şəraitdə Azərbaycanın beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu subyekti olması qeyri-mümkün idi. Ölkəmiz böyük güclərin poliqonuna çevrilmiş, Azərbaycan tamamilə təcrid vəziyyətinə düşmüşdü. Ulu Öndərin sonrakı illərdə söylədiyi kimi, “Azərbaycan üçün çox həlledici il idi... Azərbaycan “olum, ya ölüm” qarşısında idi”.

Halbuki bu böhran vəziyyətindən çıxmaq üçün imkan var idi. Belə ki, müstəqilliyin ilk illərində sağlam düşüncə sərgilənsə, böyük siyasi xadim Heydər Əliyev respublika rəhbərliyinə dəvət edilsəydi, təbii ki, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini yaşamaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz bu ağır sınaqlara məruz qalmazdı. Amma təəssüf ki, o dövrdəki iqtidarı Azərbaycanın müstəqilliyi, xalqın taleyi deyil, onların öz şəxsi maraqları düşündürürdü. Ölkə rəhbərliyinin real vəziyyətdən, cəbhədəki durumdan xəbəri belə yox idi. Beləliklə, AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalıq, iqtisadiyyatın çökməsi, torpaqların işğalı ilə nəticələndi. Xəyanət nəticəsində 1993-cü ilin aprelində Kəlbəcər də işğal edildi. Azərbaycan xalqı çıxış yolu axtarır və xilas yolunu yalnız Ulu Öndər Heydər Əliyevin simasında görürdü. Bu da səbəbsiz deyildi. Çünki 20 Yanvar faciəsinin ertəsi günü məhz Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bəyan edən, bu ədalətsizliyə qarşı öz səsini ucaldan məhz Ümummilli Lider Heydər Əliyev idi. Xalq artıq yaxşı başa düşürdü ki, Heydər Əliyev hələ 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verdikdən sonra Azərbaycanın faciələri başladı. Belə ki, dahi siyasi xadimin istefasından cəmi iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırdı. Əgər Ulu Öndər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cəsarət edə bilməzdi. Məhz buna görə xalq ən çətin dövrdə xilas üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü əsl Lider kimi təsdiq etmişdir.

Deputat qeyd edib ki, 1993-cü il iyununda Ulu Öndər Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edib Bakıya gəldi, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədrinə həvalə edildi. Beləliklə, taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirərək, xilaskarlıq missiyasını öz üzərinə götürdü. Bununla da hər zaman böyük sınaqlardan üzüağ çıxmış Azərbaycan xalqı Ümummilli Liderin ətrafında sıx birləşməklə gələcək taleyini özü həll etdi. Beləliklə, 15 İyun – Milli Qurtuluş Günü xalqın və dövlətin taleyində dönüş nöqtəsi sayılan gün kimi tarixə düşdü. İdarəetmə sistemi formalaşdırıldı, insanların öz dövlətinə inamı bərpa olundu. Müasir Azərbaycanın simasında bir daha təsdiq olundu ki, lider dövlətin taleyinə təsir edən, onun iqtisadi, sosial və siyasi inkişafını müəyyən edən əsas faktordur.

Nigar Məmmədova diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, ölkədə sürətli inkişaf başladı. Ulu Öndərin tarixi missiyası xalqın ona olan möhkəm, sarsılmaz inamı və dəstəyinə əsaslanırdı. Bu, eyni zamanda, Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrətinin nəticəsi idi. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı - “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”, - deyirdi. Ölkəyə rəhbərliyi dövründə onun bütün fəaliyyəti müstəqil Azərbaycanın rifahına yönəldi. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynadı. Azərbaycan qısa müddətdə beynəlxalq münasibətlər sisteminin layiqli üzvünə çevrildi. Tam əminliklə söyləyə bilərik ki, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı - Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib.

2020-ci il 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Ümummilli Liderin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi, ərazi bütövlüyü və suverenliyimiz bərpa olundu. Bu gün Qarabağ və Şərqi Zəngəzur daxil olmaqla Azərbaycanın hər yerində üçrəngli bayrağımız dalğalanır.

Prezidentin də söylədiyi kimi, “Ulu Öndərin hakimiyyətə gəlməsi bizim üçün nicat yolunu açdı və o vaxtdan bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyun 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see205

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see197

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see189

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see166

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see155

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see142

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see137

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see134

Mingəçevirli 10 yaşlı şahmatçı Avropa çempionatında gümüş medal qazandı

07 Noyabr 2025 23:49see133

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see132

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see131

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see129

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see129

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see128

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see127

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see126

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see126

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri