Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Azərbaycan xalqına qarşı törədilən qəddar vandalizm aktı

Azərbaycan xalqına qarşı törədilən qəddar vandalizm aktı

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış, tarixi torpaqlarından qovulmuşdur. Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilən qəddar vandalizm aktı idi. Bu faciə bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan ərazisində sükut dəqiqəsi elan edilib. Bu mühüm addım faciənin beynəlxalq ictimaiyyətə çatdırılmasında öz əhəmiyyətli rolunu oynayır.

Xocalı soyqırımından 33 il keçməsinə baxmayaraq, Azərbaycan xalqının Xocalı yarası sağalmayıb və heç vaxt sağalmayacaq. Erməni faşistləri və onların havadarları aylarla mühasirədə saxladıqları Xocalı şəhərini 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yerlə-yeksan etdilər. Şəhərin dinc əhalisinə amansızlıqla divan tutuldu. 613 nəfər öldürüldü, 1275 nəfər əsir və girov götürüldü. Qətlə yetirilənlərin 63-ü uşaqlar, 106-sı qadınlar, 70-i qocalar idi. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edildi.
Ermənilər bununla Azərbaycan xalqının gözünü qorxutmaq, Qarabağın taleyini öz xeyirlərinə həll etmək istəyirdilər. Torpaqlarımız itirilsə də, soyqırımlara məruz qalsaq da xalqımız bu qətliamlardan, faciələrdən qorxmadı, çəkinmədi. Bu dəhşətli faciənin törədilməsindən illər keçsə də soyqırımın dəhşətləri unudulmayıb, unudulmayacaq da. Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar. Onu da qeyd edək ki, işğalın nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.
Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı. 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün davam edən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Müzəffər Silahlı Qüvvələrimiz bir daha hansı gücə, qüdrətə malik olduğunu nümayiş etdirdi. Təbii ki, Azərbaycanın döyüş meydanında qazandığı qələbələrdə informasiya cəbhəsində üstünlüyü əhəmiyyətli rol oynayır. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurları məhz bugünkü reallıqlarımızdır. Bir daha sübut olundu ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur və onların tətbiqi üçün vahid mexanizm olmalıdır. Ən əsası dünyanın ikili standartlara əsaslanan siyasətinə baxmayaraq sonda qələbə çalan ədalət olur.
Bütün dövrlərdə səsləndirilən çağırışlarımız sırasında tariximizin öyrənilməsi, faciələrimizin unudulmaması əsas yer tutur. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işlərin nəticəsidir ki, bu faciə bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Azərbaycan informasiya cəbhəsində mübarizəsini bu gün də uğurla davam etdirir. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan Emənistana və ona havadarlıq edən dövlətlərə tarix, hüquq dərsini keçir. Tarixi Zəfərimiz özündə bütün məqamları ehtiva edir. Ermənilərin illərdir yaratdıqları miflər darmadağın edildi. Sübut edildi ki, yenilməz, məğrur xalq Azərbaycan xalqıdır. Tarixinə, torpaqlarına sahib çıxan xalq məğlubedilməzdir.
Bu gün böyük qürur hissi ilə azad edilmiş torpaqlarda geniş miqyas alan bərpa-quruculuq işlərindən bəhs edirik. Böyük Qayıdış Proqramı uğurla icra edilir. Ötən ilin may ayında Böyük Qayıdışın Xocalı səhifəsi yazıldı. Belə ki, mayın 28-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldular. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər. Bu ilin 19 fevral tarixində isə dövlət başçısı İlham Əliyev Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış oldu, sonra kəndə köçən bir qrup sakinlə görüşdü. Ölkə Prezidenti sakinlərlə görüşündəki çıxışında bir daha qeyd etdi ki, bütün Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük.

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Fevral 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see382

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see318

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see294

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see291

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see259

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see254

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see248

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see244

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see229

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see220

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see207

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see206

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see205

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see205

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see178

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see140

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see133

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri