Icma.az
close
up
RU
Azərbaycan xalqının etimadı

Azərbaycan xalqının etimadı

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

“Zəfər seçkisi” Azərbaycan xalqının güclü dövlətə, güclü liderə və müstəqil gələcəyə olan inamının parlaq ifadəsidir

Azərbaycan Respublikasının müasir siyasi tarixində Prezident İlham Əliyevin adı mühüm yer tutur. Azərbaycan xalqı müxtəlif dövrlərdə keçirilmiş prezident seçkilərində ona ardıcıl şəkildə yüksək dəstək göstərmiş, bu etimad səsvermə nəticələrində də aydın şəkildə öz əksini tapmışdır. Bu fakt cəmiyyətin dövlət idarəçiliyində sabitliyə, davamlılığa və seçilmiş siyasi kursa verdiyi önəmin göstəricisi kimi qiymətləndirilir.

2003-cü il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri ölkənin müasir siyasi tarixində dönüş nöqtəsi kimi dəyərləndirilir. Bu seçkilər təkcə yeni dövlət başçısının müəyyənləşdirilməsi deyil, eyni zamanda müstəqil Azərbaycanın banisi, Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı siyasi xəttin davam etdirilməsi məsələsində xalqın mövqeyinin aydın ifadəsi olmuşdur. Azərbaycan cəmiyyəti həmin dövrdə sabitliyin qorunmasını, dövlətçilik ənənələrinin davamlılığını və gələcəyə hesablanmış inkişaf strategiyasını əsas prioritet kimi görürdü.

 Müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi mürəkkəb ictimai-siyasi və iqtisadi problemlərin həllində Ulu Öndər Heydər Əliyevin misilsiz rolu olmuşdur. Onun rəhbərliyi ilə Azərbaycanda sabitlik təmin edilmiş, dövlət institutları möhkəmləndirilmiş, ölkənin gələcək inkişafının strateji əsasları formalaşdırılmışdır. Məhz bu səbəbdən 2003-cü il seçkiləri ərəfəsində cəmiyyət üçün əsas məsələ bu siyasi kursun davam etdirilməsi idi. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin 1 oktyabr 2003-cü il tarixli Azərbaycan xalqına müraciəti xüsusi əhəmiyyət daşıyırdı. Müraciətdə Heydər Əliyev açıq şəkildə prezidentliyə namizəd, özünün siyasi varisi və Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırmışdı. O, İlham Əliyevi yüksək intellektə malik, praqmatik düşüncəli, müasir dünya siyasəti və iqtisadiyyatını dərindən bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət kimi xarakterizə edərək, onun Azərbaycanın gələcək inkişafı üçün layiqli lider olduğunu vurğulamışdı.

Ulu Öndərin bu müraciəti Azərbaycan cəmiyyətində böyük rezonans doğurmuş, seçicilər üçün mənəvi və siyasi baxımdan mühüm istiqamətverici rol oynamışdır. Heydər Əliyev öz müraciətində yalnız konkret bir namizədi deyil, bütövlükdə dövlətçilik fəlsəfəsinin, milli maraqlara əsaslanan siyasətin davamını önə çəkmişdir. Onun “mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri İlham Əliyev Sizin köməyiniz və dəstəyinizlə başa çatdıra biləcək” fikri xalqın yaddaşında siyasi etimadın və varisliyin rəmzi kimi qalmışdır.

 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə xalqın böyük əksəriyyətinin İlham Əliyevə səs verməsi məhz bu etimadın real təzahürü idi. Seçicilər bu seçimlə Heydər Əliyev siyasətinə sədaqətlərini, ölkədə sabitliyin qorunmasına və inkişafın davamlılığına verdikləri önəmi nümayiş etdirdilər. Bu seçkilər Azərbaycan tarixində siyasi varisliyin demokratik seçki yolu ilə reallaşmasının mühüm nümunəsi kimi qiymətləndirilir. Cənab İlham Əliyev ilk dəfə 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində qalib gələrək Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Həmin seçkilərdə seçicilərin 76 faizindən çoxunun səsini qazanması onun siyasi xəttinə və proqramına olan inamın ifadəsi idi. Bu dövr ölkənin müstəqillikdən sonrakı inkişaf mərhələsində mühüm keçid mərhələsi sayılırdı və seçicilər sabitliyin qorunmasına xüsusi önəm verirdilər.

 2008-ci il oktyabrın 15-də keçirilən növbəti prezident seçkilərində İlham Əliyev daha yüksək — 88,73 faiz səs toplayaraq ikinci dəfə Prezident seçildi. Bu nəticə əvvəlki illərdə həyata keçirilən sosial-iqtisadi layihələrin, infrastrukturun yenilənməsinin və dövlət idarəçiliyində ardıcıllığın cəmiyyət tərəfindən müsbət dəyərləndirildiyini göstərirdi. 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində isə İlham Əliyev seçicilərin 84,54 faizinin səsini qazanaraq növbəti dəfə dövlət başçısı oldu. Bu mərhələdə Azərbaycan regionda iqtisadi və siyasi mövqeyini möhkəmləndirən, beynəlxalq layihələrdə fəal iştirak edən bir ölkə kimi tanınırdı. Seçki nəticələri ölkə daxilində mövcud siyasi kursun davam etdirilməsinə ictimai dəstəyin davam etdiyini göstərirdi.

2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu seçkilər də Azərbaycan cəmiyyətinin böyük hissəsinin sabitlik, inkişaf və davamlı idarəçilik prinsipinə üstünlük verdiyini nümayiş etdirdi. 2024-cü il fevralın 7-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri ölkənin müasir tarixində xüsusi yer tutur və haqlı olaraq “Zəfər seçkisi” kimi xarakterizə olunur. Bu seçkilər təkcə növbəti siyasi proses deyil, eyni zamanda Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və dövlət gücünün tam bərpasının bariz ifadəsi olmuşdur.

 İlk dəfə olaraq müstəqil Azərbaycan tarixində prezident seçkiləri ölkə ərazisinin bütün bölgələrində, o cümlədən uzun illər işğal altında olmuş və azad edilərək yenidən qurulan ərazilərdə keçirilmişdir. Bu fakt seçkilərə xüsusi tarixi və simvolik məna qazandırmış, Azərbaycan dövlətinin öz torpaqları üzərində tam hakimiyyətini nümayiş etdirmişdir. Seçkilərin ən yaddaqalan məqamlarından biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində, 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verməsi olmuşdur. Bu hadisə Azərbaycan cəmiyyətində böyük rəmzi anlam daşımış, Zəfərin real nəticələrinin siyasi və ictimai müstəvidə təcəssümü kimi qiymətləndirilmişdir. Seçkilərdə seçici fəallığının 76,43 faiz təşkil etməsi vətəndaşların bu tarixi prosesə böyük maraq və məsuliyyətlə yanaşdığını göstərmişdir. Yüksək fəallıq xalqın dövlətçiliyə, sabitliyə və seçilmiş siyasi kursa verdiyi önəmin göstəricisi olmuşdur. Səsvermənin nəticələrinə əsasən, İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bu nəticə Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin dövlət başçısının rəhbərliyi altında həyata keçirilən siyasətə tam etimad göstərdiyini bir daha sübut etmişdir. Xüsusilə Vətən müharibəsində qazanılmış tarixi Qələbə, ərazi bütövlüyünün bərpası və postmünaqişə dövründə aparılan bərpa-quruculuq işləri bu yüksək dəstəyin əsas amilləri kimi qiymətləndirilir. 2024-cü il prezident seçkiləri Azərbaycan tarixində yalnız bir seçki deyil, Zəfərin hüquqi və siyasi təsdiqi, milli birliyin və dövlət suverenliyinin təntənəsi kimi yadda qalmışdır. “Zəfər seçkisi” Azərbaycan xalqının güclü dövlətə, güclü liderə və müstəqil gələcəyə olan inamının parlaq ifadəsidir.

Ümumilikdə, müxtəlif illərdə keçirilmiş prezident seçkilərinin nəticələri göstərir ki, Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi dövründə aparılan siyasətə etimad göstərmiş və onu ardıcıl şəkildə dəstəkləmişdir. Bu dəstək həm siyasi sabitliyin qorunması, həm də ölkənin sosial-iqtisadi inkişafının davam etdirilməsi baxımından mühüm amil kimi qiymətləndirilir.

Nəbi Ağayev
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun 
PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 Dekabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri