Azərbaycan xam nefti Rusiyadan 508 dollara alıb, Türkiyəyə 504 dollara satıb Rəsmi
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan xarici ölkələrə 4 milyon 778 min 404 ton xam neft və xam neft məhsulları satıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycan neft və xam neft məhsullarının 1 tonunu orta hesabla 559 dollara satıb.
Qeyd edildiyi kimi, xam neftin ən baha qiymətə satıldığı ölkə Bolqarıstan olub (609 dollar), ən ucuz qiymətə isə Türkiyəyə satılıb (504 dollar).

Onu da qeyd edək ki, bu ilin ilk iki ayında Azərbaycan xam neft ixracı ilə yanaşı, həm də xam neft idxal edib. Belə ki, Azərbaycan Qazaxıstan və Rusiyadan xam neft alıb.
Qazaxıstandan 26 min 793,5 ton neft alınıb və bunun gömrük dəyəri 13 milyon 448 min dollar təşkil edib (1 tonu 502 dollar). Rusiyadan isə 229 min 463 ton neft idxal olunub, gömrük dəyəri isə 116 milyon 682,8 min dollar təşkil edib (1 tonu 508 dollar).
Elnur Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 14 Aprel 2025 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















