Azərbaycan XİN dən İsrail hökumətinə “erməni soyqırımı” ilə bağlı çağırış
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
“İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərara dair şərhində qeyd olunub.
“1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir.
Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur.
İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırırıq.
Azərbaycan tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və regionda davamlı sülhün təşviqi istiqamətində ardıcıl mövqeyini bundan sonra da davam etdirəcək”, - XİN-in rəsmi saytında dərc olunan məlumatda bildirilir.
Bu mövzuda digər xəbərlər:Rəsmi Bakıdan İsrail hökumətinə çağırış
29 İyun 2026 10:38
İsrail XİN başçısından İranla bağlı çağırış...
02 İyul 2025 13:21
Qərbi Azərbaycan İcmasından erməni cəmiyyətinə çağırış
16 Sentyabr 2026 13:43
İsrail parlamentində qondarma erməni soyqırımı ilə bağlı səsvermə DAYANDIRILDI
13 İyul 2026 19:21
İsrail erməni soyqırımı nın tanınmasını təsdiqlədi
28 İyun 2026 19:17
Baxış sayı:132
Bu xəbər 29 İyun 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















