Azərbaycan XİN Pakistana başsağlığı verdi
Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında paylaşım olunub.
"Pakistan İslam Respublikasının Bəlucistan şəhərində terror aktı xəbəri bizi dərindən kədərləndirdi.
Düşüncələrimiz və dualarımız qurbanların ailələri ilə birlikdədir və bu çətin zamanda Pakistanla həmrəyik.
Terrorizmin dağıdıcı təsiri ilə üzləşmiş Azərbaycan bu təhlükəyə qarşı bütün səyləri dəstəkləməyə tam sadiqdir" - paylaşımda qeyd olunub.

Azərbaycan XİN Pakistana başsağlığı verdi
21 Noyabr 2024 16:42

