Azərbaycan XİN Pakistana başsağlığı verib
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda baş verən terror aktı ilə bağlı paylaşım edib.
Nazirlik bu barədə rəsmi “X” sosial media hesabında yazıb.
Paylaşımda Pakistanla həmrəylik qeyd olunub:
“Pakistan İslam Respublikasının Bəlucistan əyalətindəki terror aktı xəbəri bizi dərindən kədərləndirdi. Düşüncələrimiz və dualarımız qurbanların ailələri ilə birlikdədir, bu çətin zamanda Pakistanla həmrəyik. Terrorizmin dağıdıcı təsiri ilə üzləşmiş Azərbaycan bu təhlükəyə qarşı bütün səyləri dəstəkləməyə tam sadiqdir”.
Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətində baş verən silahlı insidentlər zamanı 18 pakistanlı hərbçi həlak olub, 23 yaraqlı isə zərərsizləşdirilib.
Bu mövzuda digər xəbərlər:Azərbaycan XİN Pakistana başsağlığı verib
21 Noyabr 2024 16:44
Baxış sayı:101
Bu xəbər 04 Fevral 2025 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















