Icma.az
close
up
RU
Azərbaycan Yazıçılar Birliyində İsmayıl Qarayevin xatirə gecəsi keçirilib

Azərbaycan Yazıçılar Birliyində İsmayıl Qarayevin xatirə gecəsi keçirilib

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Yazıçılar Birliyində görkəmli yazıçı İsmayıl Qarayevin yaradıcılığına həsr olunmuş “Ömürdən sonra…” adlı xatirə gecəsi və 70 kitabının təqdimat mərasimi keçirilib.

Xalq yazıçısı Çingiz Abdullayev mərasimi açaraq İsmayıl Qarayevin həyat və yaradıcılığı haqqında danışıb. O bildirib ki, yazıçının əsərləri həyatın müxtəlif aspektlərini, insanın daxili dünyasını təsvir edərək, oxuculara dərin düşüncə və yeni baxış bucağı qazandırır.

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir İsmayıl Qarayevin həyat yolu və ədəbi irsi barədə məlumat verib. Bildirilib ki, 1927-ci il dekabrın 5-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olan yazıçı Gəncə Tibb Texnikumunu və Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Natiq qeyd edib ki, İsmayıl Qarayev əmək fəaliyyətinə tibb işçisi kimi başlayıb, respublikanın bir sıra tibb müəssisələrində çalışıb. Daha sonra bir neçə qəzet və nəşriyyatlarda fəaliyyət göstərib, həmçinin müxtəlif ədəbi-bədii verilişlərin ssenari müəllifi, aparıcısı və redaktoru olub.

Tədbirdə Xalq şairi Nəriman Həsənzadə, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, AYB-nin katibi, yazıçı Elçin Hüseynbəyli, Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov, Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin sədri Məhəmməd Məhərrəmov, “Apastrof-A” mətbəəsinin direktoru Akif Dənzizadə, AYB sədrinin müşaviri Rauf Aslanov, AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və digərləri İsmayıl Qarayevin əsərlərindən seçmələr səsləndirib, onun yaradıcılığına dair xatirələrini bölüşüblər. 

Qeyd edilib ki, İsmayıl Qarayev 120-dən artıq romanın, povestin, poemanın, publisistik əsərin, 80-ə yaxın kitabın müəllifi, bir çox məşhur yazıçıların əsərlərinin redaktoru, bir neçə xarici ölkə yazarlarının əsərlərinin tərcüməçisi kimi zəngin yaradıcılıq yolu keçmiş, əsərləri türk, rus və digər dillərə tərcümə edilərək nəşr olunub.

Bildirilib ki, yazıçı bədii yaradıcılığa XX əsrin 50-ci illərindən başlayıb. İlk kitabı “O və mənim anam” 1964-cü ildə çapdan çıxıb. Sağlığında “O və mənim anam”, Aydınlıq”, “Tərtərin mahnıları”, “Dəniz və dənizçi zarafatları”, “Ömür”, “Əməyin bəhrəsi”, “Gecə keçir”, “Tülkü və canavar”, “V.Şklovski. Marko Polo” (İsmayıl Qarayevin tərcüməsində, 1973) kitabları çap olunub.

Sonda yazıçının övladı, tanınmış yazıçı-publisist Vəsimə İsmayılqızı atasının həyat və yaradıcılığından bəhs edib, onunla bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, 2008-ci ildə yazıçının həyat və yaradıcılığından bəhs edən “Qələmə sarılmış ömür” adlı biblioqrafik göstərici kitabı nəşr olunub. O, yazıçının yaradıcılığını yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün bu cür tədbirlərin vacibliyini vurğulayıb.

Yazıçı İsmayıl Qarayev 1989-cu il oktyabrın 11-də doğulduğu Tap Qaraqoyunlu kəndində vəfat edib və orada dəfn olunub. Vəfatından sonra yazıçının 70-dən artıq kitabı bir çox nəşriyyatlarda dəfələrlə çap edilib. Bu kitablara “Bir kəndin uşaqları” (2003), “Ata həsrəti” (2006), “Aşiqlər” (2004), “Ömür” (2005), “Piyada” (2005), “Son dəfə” (2006) “Adanın sirri” (2008), “Dağlar qızına məktub” (2008) və s. daxildir.

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Dekabr 2024 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri