Icma.az
close
up
RU
Azərbaycan Yazıçılar Birliyinin sədri Anara MƏKTUB Siz Yazıçılar Birliyinin rəhbərlik postundan zamanında getməli idiniz...

Azərbaycan Yazıçılar Birliyinin sədri Anara MƏKTUB Siz Yazıçılar Birliyinin rəhbərlik postundan zamanında getməli idiniz...

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hörmətli Anar müəllim, sizin mətbuata verdiyiniz son müsahibə AYB sədri kimi illəri adlayan fiaskonuzun NÖVBƏTİ ən qabarıq etirafı, nümayişkaranə “fotosudur”… 38 illik sədrlik dönəminizdə demokratik fikir, gənc kadr, düzgün idarəçilik prinsipi, islahat… anlayışlarını tanımadınız, tanımaq istəmədiniz.

Siz olan yerdə qanun da özünüz oldunuz, şah da! Neçə gənc nəsillə üz – üzə gəldiniz. Kimlər GƏNCLİYindən, GƏLƏCƏYindən keçmədi ki?! Xarakteri sizin “dəyirmanınızda” üyüdülənlər də az olmadı, taleyindən küsüb gedənlər də… Mənsub olduğunuz qurumu necə istədinizsə eləcə də idarə etdiniz. Necə deyərlər, gəmiyə də sahib oldunuz, dənizə də! BU QƏDƏR illər bəs etmədimi?

Vəzifə hərisliyi, kürsü doğmalığı budurmu, Anar müəllim? Yox, bu deyilsə ömrünüzün bu çağında 38 illik bir vəzifədən getməməyin adı nədir? Nəyi gözləyirsiniz? AYB sədri kimi etiraf edəcəyiniz ÇOXMU qəbahətləriniz var? Heç şübhəsiz ki, var! AMMA və LAKİN(!) əmin olun, sizin bu gün etdiyiniz etiraflar illərdir ki, səriştəsiz “idarəçiliyinzin” sayəsində göz önündədi… Sadəcə zamanın hökmü, diqtəsi indi onları bir – bir sizin özünüzə də təsdiqlədir. …

VƏ YENƏ, təkrar edirəm, 38 illik bir vəzifədən getməməyin adı nədir? Yoxsa, unudulmaq qorxusudur, şöhrət hissidir? Əgər, bunlardırsa qətiyyən narahat olmayın, sizi xatırladacaq kifayət qədər əsərləriniz, imzanız var.

Ya həqiqətənmi düşünürsünüz ki, əvəzolunmazsınız? Həqiqətənmi düşünürsünüz ki, siz getsəniz Yazıçılar Birliyi məhv olar VƏ YA onu sizdən başqa heç kim idarə edə bilməz? Bu suallara cavabınız varsa, buyurun. HEÇ OLMASA, bircə dəfə də olsun dönüb ətrafa baxıb, ətrafın bu məsələlərlə bağlı nə düşündüyü haqqında maraqlandınızmı? Təbii ki, mən ətraf deyərkən Elçin Hüseynbəyliləri, Rəşad Məcidləri, Azər Turanları… və bu kimi mövqeyi “güllələnmişlər”i yox, necə deyərlər, illərin dəyirmanından “diri” çıxanları, çıxmaq “gücündə” olanları nəzərdə tuturam.

Hörmətli Anar müəllim, sizin ömrünüzün bu gün mübarizə, mücadilə dönəmi yox, müzakirə, istinad dönəmidir. Hər nə varsa öz vaxtında daha ucadır, daha gözəldir.

Siz Yazıçılar Birliyinin rəhbərlik postundan zamanında getməli idiniz… Getməlisiniz. İNANIRAM Kİ, siz də gələcəyi sevirsiniz…

Amma unutmayın! Gələcəyi sevmək gələcəyin qarşısında dayanmaq, gələcəklə “döyüşmək” anlamına gəlmir. İndi Anar gələcəklə “döyüşür”…

Emil Rasimoğlu

Şair – publisist,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Sentyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see305

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see188

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see160

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see153

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri