Icma.az
close
up
RU
Azərbaycan yəhudilərə dərs keçir? The Jerusalem Post İsrail BƏƏ Azərbaycan ittifaqından yazır

Azərbaycan yəhudilərə dərs keçir? The Jerusalem Post İsrail BƏƏ Azərbaycan ittifaqından yazır

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

İsrailin nüfuzlu nəşrlərindən biri olan The Jerusalem Post-da MENA üzrə analitik Ohad Merlin tərəfindən yazılan “The ‘Azerbaijani Way’: Three lessons from Baku to Jerusalem” (“Azərbaycan yolu: Bakıdan Qüdsə üç dərs”)* adlı məqalə Azərbaycanın regiondakı roluna tamamilə fərqli prizmadan baxır.
Müəllif açıq yazır ki, Azərbaycan artıq sadəcə regional aktor deyil. Azərbaycan “strateji pivot”, yəni geosiyasi mərkəzə çevrilib. “Azerbaijan has transformed itself into a strategic pivot.” (“Azərbaycan özünü strateji mərkəzə çevirib.”)
Bu ifadə təsadüfi deyil. Bu, Qərb və İsrail analitik düşüncəsində formalaşan yeni yanaşmanın açıq göstəricisidir. Məqalədə vurğulanır ki, Azərbaycan yalnız enerji tərəfdaşı deyil, həm də mürəkkəb geosiyasi mühitdə fəaliyyət göstərən “sofistik aktor”dur, yəni mürəkkəb gedişlərlə oynayır. “It is a sophisticated geopolitical actor operating in one of the most unforgiving neighborhoods on earth.” (“O, dünyanın ən çətin geosiyasi mühitlərindən birində fəaliyyət göstərən mürəkkəb aktordur.”)
Bu, Azərbaycanın artıq periferiyada yox, oyunun mərkəzində olduğunu göstərir. Ən maraqlı məqamlardan biri isə Azərbaycanın xarici siyasət modelidir. Müəllif bunu “strateji manevr qabiliyyəti” kimi təqdim edir. “Baku has mastered the art of strategic maneuverability.” (“Bakı strateji manevr sənətini mükəmməl şəkildə mənimsəyib.”)
Yəni Azərbaycan eyni anda: İsraillə əməkdaşlıq edir, İranla kommunikasiya saxlayır, Rusiya ilə əlaqələri qoruyur, Türkiyə ilə ittifaq qurur. Bu, klassik siyasət deyil. Bu, balans üzərində qurulan çoxqatlı strategiyadır.
Məqalədə daha sərt və açıq bir fikir də səslənir. Azərbaycan heç bir güc blokundan asılı olmamağa çalışır. “Baku refuses to become a total dependent of any single camp.” (“Bakı heç bir güc mərkəzindən tam asılı olmağı rədd edir.”) Bu, əslində müasir geopolitikanın ən çətin modelidir, müstəqil qalaraq hamı ilə işləmək xüsusi bacarıq tələb edir.
Eyni zamanda müəllif Azərbaycanın İran qarşısında davranışına xüsusi vurğu yapır və bunu “dəqiq çəkindirmə” modeli kimi təqdim edir. “Deterrence through precision.” (“Dəqiqlik üzərindən çəkindirmə.”) Yəni Bakı sərt ritorikadan istifadə edir, amma nəzarətli şəkildə. Bu isə eskalasiyasız təsir deməkdir.
Məqalənin ən diqqət çəkən hissələrindən biri isə gələcəklə bağlı proyeksiyadır. Müəllif artıq yeni geosiyasi oxdan danışır. “A Jerusalem-Baku-Abu Dhabi axis could represent a new model of regional cooperation.” (“Qüds-Bakı-Əbu-Dabi oxu regional əməkdaşlığın yeni modeli ola bilər.”)
Bu, artıq sadəcə əməkdaşlıq deyil. Bu, yeni regional arxitektura ideyasıdır.
Beləliklə, *The Jerusalem Post*-da səslənən bu fikirlər bir həqiqəti göstərir. Azərbaycan artıq sadəcə regionda mövcud olan dövlət deyil. Azərbaycan regionun necə idarə olunacağını göstərən model kimi təqdim olunur. Və bu modelin əsasında üç prinsip dayanır: güc, balans və çeviklik.
Sual isə yenə açıq qalır. Azərbaycan bu modeli qoruyub inkişaf etdirə biləcək, yoxsa böyük güclərin artan maraqları bu balansı pozacaq? Dünyanın ən ağıllı xalqı hesab olunan yəhudilərə Azərbaycan eritdiyi xarici siyasətlə dərs verirsə, ən azı "The Jerusalem Post" belə bir iddiadadır, deməli, Azərbaycan dəyişən şərtlər daxilində belə bu balansın öz xeyrinə olmasını təmin edə biləcək.
Mən də daxil olmaqla bir çoxları da o düşüncədədir ki, Azərbaycanın xarici siyasəti ciddi şəkildə intellektual yapıya saibdir. Gördüyünüz kimi, hətta yəhudilər də bunu etiraf edirlər...
Elbəyi Həsənli, Sürix

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Mart 2026 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri