Icma.az
close
up
RU
Azərbaycan yeni bir ilkə imza atır Gözlər Xankəndidə!

Azərbaycan yeni bir ilkə imza atır Gözlər Xankəndidə!

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT/ECO) 17-ci sammiti Xankəndi şəhərində keçiriləcək. Bu gün və sabah İƏT-ə üzv ölkələrin liderləri Qarabağda bir araya gələcək.

Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin qarşılıqlı əlaqələri get-gedə dərinləşməkdədir:

"Azərbaycan daim üzv olduğu beynəlxalq təşkilatların funksionallığını artırmağa çalışır. Beləliklə, Azərbaycan üzv olduğu təşkilatların hərəkətverici qüvvəsinə çevrilir. Türk Dövlətləri Təşkilatında da, İqtisadi Əməkdaşlık Təşkilatında da belədir. Qoşulmama Hərəkatına rəhbərlik edərkən də Azərbaycan təşkilatı hərəkətə gətirməyi bacardı. Artıq Azərbaycanın olduğu regional beynəlxalq təşkilatlar Azərbaycanın potensialını görür və yüksək qiymətləndirirlər. Ölkəmiz yeni bir ilkə imza atır. İlk dəfədir ki, İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin Qadınlar Forumunun Laçında tədbiri keçirilir. Gənclər qolunun görüşü Ağdamda, liderlərin zirvə görüşü Xankəndidə keçiriləcək. Düşünürəm ki, bunun hər şeydən öncə rəmzi əhəmiyyəti var. Dünənə qədər İqtisadi Əməkdaşlıq Təşkilatı keçirilən tədbirlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında bəyanatlar verirdisə, bu gün İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan liderlər işğaldan azad olunmuş torpaqlarımızda görüşə gəlirlər".

Deputat qeyd etdi ki, bu özü-özlüyündə çox böyük nailiyyətdir.

"Əzilən, beynəlxalq siyasətdə sıxışdırılan, islamofobiyaya məruz qalan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr üçün bu qələbənin həzzini yaşamaq, müsəlman ölkəsinin öz hüquqlarını qorumasını görmək üçün onların Xankəndiyə gəlməsi əhəmiyyət kəsb edir. Bu, sadəcə iqtisadi tədbir deyil, həm də şübhəsiz ki, mühüm bir siyasi tədbirdir. Nəticə etibarilə, bu, Azərbaycanın nüfuzunun göstəricisidir. Tədbir çox mühüm əhəmiyyətlidir. Hər iştirakçı ölkəyə dividendlər qazandıracaq", - deyə H.Babaoğlu vurğuladı.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə bildirdi ki, tədbirin ölkəmizdə keçirilməsi xüsusi əhəmiyyətə malikdir.

"Bütövlükdə tədbirin keçirilməsi Azərbaycanın həqiqətlərinin təbliğinə öz töhfəsini verəcək. Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda öz fəal mövqeyi və əməkdaşlığı ilə seçilir. Bu tədbir də bu prosesə öz töhfəsini birmənalı olaraq verəcək. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun güclənməsinə, inam və etimadın artmasına səbəb olacaq".

Millət vəkili əlavə etdi ki, ölkəmiz bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir:

"Bu da növbəti beynəlxalq tədbirdir ki, Azərbaycan ona rəhnərlik edir. Tədbirlərin Qarabağda, Şərqi Zəngəzurda keçirilməsi isə ayrıca əhəmiyyətlidir. Əhəmiyyət ondan ibarətdir ki, biz Qarabağı qurmaqla bərabər, Qarabağ, Şərqi Zəngəzur konfrans və tədbirlərin keçirildiyi məkana çevrilib. Bu özü də önəmli məsələdir".

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 İyul 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri